gundem / hadise
6.04.2026, 17:00
“Fənərbağça”da ciddi itki
Türkiyənin “Fənərbağça” komandası ciddi itki ilə üzləşib.
"DogruXeber.tv" xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Marko Asensio zədələnib.
Yarımmüdafiəçi ötən gün “Beşiktaş”la keçirilən derbi oyununda (1:0) dizindən xəsarət alıb.
İspaniyalı oyunçu Superliqanın 29-cu turunda “Kayserispor”la səfər görüşünü buraxacaq.



