“Coca-Cola” ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ: Səhiyyə işçiləri…

“Coca-Cola” və digər qazlı şirin içkilərin insan orqanizminə təsiri ilə bağlı beynəlxalq araşdırmalar bu məhsulların həm qısa müddətli təsirlərini, həm də uzunmüddətli risklərini yenidən gündəmə gətirib.

DogruXeber.tv-in xəbərinə görə, xarici tibb portalları və elmi bazalarda dərc olunan məqalələr göstərir ki, geniş istehlak edilən bu içkilər ilk baxışda enerji versə də, müntəzəm istifadə zamanı ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Məsələn, “Medical News Today” portalında dərc olunan məqalədə qeyd olunur ki, bir banka “Coca-Cola”da təxminən 37 qram şəkər var ki, bu da gündəlik tövsiyə olunan normanı xeyli üstələyir. Araşdırmada bildirilir ki, bu cür yüksək şəkər miqdarı qanda qlükozanın sürətlə artmasına səbəb olur və zamanla piylənmə, insulin müqaviməti və şəkərli diabet riskini artırır.

Digər məşhur sağlamlıq platforması olan “WebMD” isə kola tipli içkilərin demək olar ki, heç bir qida dəyərinə malik olmadığını vurğulayır. Məlumata görə, bu içkilər “boş kalori” mənbəyi hesab olunur və müntəzəm istifadə ürək-damar xəstəlikləri, diş çürüməsi və metabolik pozuntularla əlaqələndirilir.

Bununla yanaşı, “PubMed” bazasında yer alan bəzi elmi tədqiqatlar “Coca-Cola”nın qeyri-adi tibbi tətbiqlərinə də diqqət çəkir. Belə ki, müəyyən hallarda bu içkinin mədədə yaranan və “bezoar” adlanan kütlələrin parçalanmasında köməkçi vasitə kimi istifadə olunduğu bildirilir. Lakin mütəxəssislər bunun yalnız həkim nəzarəti altında tətbiq edilə biləcəyini xüsusi vurğulayırlar.

Mütəxəssislərin ümumi qənaətinə görə, “Coca-Cola” kimi qazlı içkilərdən tam imtina edilməsə belə, onların istehlakı minimum səviyyədə saxlanılmalıdır. Qısa müddətli enerji və stimullaşdırıcı təsirinə baxmayaraq, uzunmüddətli sağlamlıq riskləri bu içkilərin gündəlik rasionda əsas yer tutmasını məqsədəuyğun hesab etmir.

Səhiyyə ekspertləri əhalini daha sağlam alternativlərə – su, təbii şirələr və şəkərsiz içkilərə üstünlük verməyə çağırır.//Bakıvaxtı

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər