Səki kimindir: vətəndaşın, yoxsa Hacı Rasimin? -Sabunçu İcra Hakimiyyəti bu vəziyyətə niyə göz yumur ?

Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi 5 ünvanında yerləşən “Möcüzə” marketin ətrafında yaranmış vəziyyət ciddi narahatlıq doğurur. Redaksiyamıza daxil olan məlumata görə, vətəndaşların rahat gediş-gəlişi üçün nəzərdə tutulmuş səki ərazisi zəbt edilərək faktiki olaraq şəxsi istifadəyə verilib.

DogruXeber.tv: Nəticədə piyadalar yolun hərəkət hissəsinə çıxmağa məcbur qalır ki, bu da həm təhlükəsizlik, həm də şəhərsalma qaydalarının kobud şəkildə pozulması deməkdir.İddialara görə, zəbt edilmiş ərazidə meyvə-tərəvəz satışı həyata keçirilir və satış prosesində şəffaflıqla bağlı ciddi suallar mövcuddur.

Vətəndaşların bildirdiyinə görə, təqdim olunan çeklər formal xarakter daşıyır.Bu artıq təkcə səki zəbtindən deyil, həm də vergidən yayınma ehtimalından xəbər verir.Daha maraqlı və düşündürücü məqam isə market əməkdaşlarının müxtəlif söhbətlər zamanı Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin adını hallandırmalarıdır. Əgər doğrudan da hansısa məmurun adı bu proseslərdə çəkilirsə, həmin şəxsin özü və aidiyyəti qurumlar məsələyə dərhal aydınlıq gətirməlidir.
Çünki dövlət məmurunun adından istifadə edilməsi ya ciddi qanun pozuntusunun gizlədilməsi cəhdi, ya da vətəndaşların və nəzarət orqanlarının susdurulmasına hesablanmış vasitə kimi qiymətləndirilə bilər.Ən vacib sual isə budur: vətəndaşların istifadəsində olan səki necə və hansı əsasla zəbt olunub? Bu ərazi kim tərəfindən və hansı sənədlə "özəlləşdirilib"? Əgər hər hansı qanuni sənəd mövcuddursa, ictimaiyyətə təqdim edilsin. Əks halda, dövlət torpağının və ya ümumi istifadədə olan ərazinin mənimsənilməsi ilə bağlı tədbirlər görülməlidir.
Vergi xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyəti və digər aidiyyəti qurumlar bu iddialara münasibət bildirməlidirlər. Çünki qanun hamı üçün eynidir. Sadə vətəndaş bir metr torpaqda qanunsuz tikinti aparanda dərhal tədbir görülürsə, bəs niyə insanların gündəlik istifadə etdiyi səkinin zəbt olunmasına göz yumulur?Cəmiyyət haqlı olaraq soruşur: səkinin zəbtinə, mümkün vergi pozuntularına və məmur adlarından istifadə edilməsinə kim himayədarlıq edir? Yoxsa qanun yalnız imkansızlar üçün işləyir?Qeyd olunan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Aidiyyəti qurumların və adı çəkilən şəxslərin cavab hüququnu tanıyır və onların rəsmi açıqlamalarını işıqlandırmağa hazır olduğumuzu bildiririk./yenixeberorg.com

Son xəbərlər

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Bütün xəbərlər