XİDMƏTƏ SƏDAQƏTİN AİLƏ NÜMUNƏSİ









dogruxeber.tv-a verilen melumata gore
Hər bir gənc məktəbli vaxtlarından qəlbində bir peşəyə olan sevgi bəsləyir və buna nail olmaq üçün çalışır.
Polis mayoru Soltan Xəlfəyev üçün isə peşə seçimində müəmmalı bir şey yox idi. O seçimini etmişdi və bunun dərin kökləri vardı. Böyüyüb boya-başa çatdığı evdə babasını və atasını milis formasında görmüşdü. Dünyaya göz açandan bu peşənin, vətənə, dövlətə, xalqa xidmətin çətinliklərini və məsuliyyətini, həm də necə bir şərəfli peşə olduğu haqqında çox eşitmişdi və bu söhbətlər həm də ona romantika kimi görünürdü. Qənaəti bu idi ki, əsl kişi elə bu hissləri, əziyyətləri yaşamalı və yaşadıqlarından zövq almağı bacarmalıdır.
Ata-babasının xidmətini, keçdiyi yolu özünə canlı təcrübə hesab edən S.Xəlfəyev söhbətimizə keçmişdən qalan xatirələrlə başladı:
-Mən uşaq idim. Babam Əbdül daxili işlər orqanlarında xidmət edirdi. Özü də milisə 1941-1945-ci illər müharibəsində iştirak edib, uzun döyüş yolu keçəndən sonra gəlmişdi. Müharibədən də, хidmətdən də xatirələrini danışanda kişinin üzü nurlanırdı, qürurlanırdı. Özü də danışanda tək öz hünərindən deyil, silahdaşlarının fədakarlığından danışmağı sevərdi. Deyirdi ki, xalqın keşiyində durmaq ən şərəfli işdir.
Babam polis nəfəri kimi 1972-ci ilə qədər xidmət edib. Təqaüdə çıxandan sonra həmin şöbədə atam Möhübbət polis nəfəri kimi xidmətə qəbul olunub. Artıq babamın davamçısı var idi. Atam həm də idmanla məşgul olurdu. DİN tərəfindən keçirilən yarışlarda iştirak edib, bir çox mükafatlarla təltif olunub. Onun diplomlarını bu gün də saxlayıram. Atam 26 il xidmətdə oldu və mən atamdan çox şeylər öyrəndim. Atam 1998-ci ildə təqaüdə çıxıb.
Həmsöhbətim Soltan Xəlfəyev 1977-ci ildə Siyəzən rayonunda anadan olub. İlk təhsilini S.İsmayılov adına 3 saylı tam orta məktəbdə alıb, sonra 1995-1998-ci illərdə ön cəbhədə hərbi xidmətdə olub Deyir ki, ön cəbhədə olanda babamın söhbətləri tez-tez yadıma düşürdü. Qəribədir, ön cəbhədə, səngərdə olanda insan elə bil daha tez yetkinləşir, daha böyük arzularla yaşayır, qələbə haqqında düşünür.. Vaxtilə babam da mənə faşizmin törətdiyi fəlakətləri görəndə insanın düşmənə qalib gəlmək, viran qalmış şəhərləri, kəndləri tikib-qurmaq istəyinin güc gəldiyindən danışlardı...
Xidməti başa vurduqdan sonra öz elinə qayıdan Soltan, həmin ildə Daxili İşlər Orqanlarında xidmətə başlayıb. İlk iş günü yaşadığı hissləri isə heç vaxt unutmayacaq. Babasının müharibədən, səngərdən keçən yolundan gəlmişdi, indi ata-babasının şərəfli xidmət yolunu davam etdirəcəkdi. Öz də Post Patrul Xidmətində ilk iş günü atasının formasında getmişdi. Deyir, bunun sevincini heç bir sözlə ifadə edə bilmərəm. Ən böyük arzuma qovuşmuşdum...
Siyəzən RPŞ-nin PPX-də polis serjantı kimi xidmət edən S.Xəlfəyev 2002-2007ci illərdə Polis Akademiyasında əyani təhsil alıb. Ali təhsil bitirdikdən sonra RPŞ-də Cinayət Axtarış Bölməsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, Kadr və Peşə hazırlığı üzrə baş inspektor vəzifəsində çalışıb. Atası Möhübbət müəllim kimi də idmana marağı olan S.Xəlfəyev dəfələrlə idman yarışlarında iştirak edib.
Hal-hazırda Siyəzən Rayon Polis Şöbəsinin Şəxsi Heyətlə İş üzrə rəis köməkçisi vəzifəsində çalışan polis mayotu S.Xəlfəyir görüşümüzün sonunda mənə Qazax şairi Abay Kunanbayevin sözlərindən bir misal çəkdi. “Əmək sevincdir, tənbəllik isə ağır bəla”. O, uğur qazanmaq üçün daima çalışdığını, əmək sərf edərək öz sevincinə qovuşduğunu bildirdi.

Nizam Həmidov
DİN Mətbuat Xidmətinin əməkdaşı


dogruxeber.tv


XİDMƏTƏ SƏDAQƏTİN AİLƏ NÜMUNƏSİ

XİDMƏTƏ SƏDAQƏTİN AİLƏ NÜMUNƏSİ


XİDMƏTƏ SƏDAQƏTİN AİLƏ NÜMUNƏSİ


XİDMƏTƏ SƏDAQƏTİN AİLƏ NÜMUNƏSİ


XİDMƏTƏ SƏDAQƏTİN AİLƏ NÜMUNƏSİ


XİDMƏTƏ SƏDAQƏTİN AİLƏ NÜMUNƏSİ

Oxunub: 799

Son xəbərlər

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

İranın yarım milyardlıq kriptovalyutasını ələ keçirdilər

Hikmət Hacıyev Kolumbiya XİN rəhbərinin müavini ilə görüşdü

"Atletiko" - "Arsenal" oyunu təxirə salına bilər

Bütün xəbərlər