dunya
16.10.2018, 08:11
ABŞ-ın dövlət katibi Türkiyəyə gəlir
![]()
ABŞ dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanından birbaşa Türkiyəyə gələcək.
Məqsəd İstanbulda yoxa çıxan jurnalist Camal Kasıkçının işi ilə yaxından maraqlanmaqdır.
Xatırladaq ki, bu gün ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının kralı ilə telefonda jurnalistin taleyi ilə bağlı danışıb. O, bundan sonra açıqlama verərək bildirib ki, Pompeonu bu gün Ər-Riyada göndərəcək./Virtualaz.org


