Bakcell abonentləri aldadır?









Mobil operatorlar abonentləri aldadırlar. Belə bir iddia irəli sürən məqalə “Exo” qəzetində dərc olunub.

Abonent iki həftə öncə yeni Bakcell nömrəsi alaraq balansa 2 manat yükləyib. Bu müddət ərzində həmin nömrədən bir dəfə də istifadə etməyib, lakin onun balansında 1,68 manat pul qalıb.

Milli.Az xəbər verir ki, belə bir şikayət məktubunu “Exo” qəzetinə oxuculardan biri göndərib.

Həmin nömrədən zəng edilməyib, SMS göndərilməyib və İnternet aktivləşdirilməyib.

Azərbaycanda fəaliyyət göstərən mobil operatorlardan belə narazılıqlar tez-tez olur.

Bu arada Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də bəyan edib ki, mobil operatorlar tarifləri aşağı salmalıdırlar. Çünki hazırkı tariflər çox yüksəkdir.

Operatorlarla bağlı digər şikayət isə reklam xarakterli SMS-lərdir. Həmin SMS-lər müxtəlif kampaniya və müsabiqələrə qoşulmağı təklif edir.

Balansdan pul çıxarılması məsələsinə aydınlıq gətirmək üçün Bakcell-in məlumat mərkəzi ilə (Call Center) əlaqə saxayıb. Operatordan bildiriblər ki, əgər abonent balansından pul çıxıldığını iddia edirsə, Xidmət mərkəzinə şikayət etməlidir. Şikayətə operativ şəkildə baxılacaq. Pulun nəyə görə balansdan çıxarıldığı barədə məlumat onun nömrəsinə SMS-lə göndəriləcək.

Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, bu cür problem doğrudan da mövcuddur. Təşkilata dəfələrlə belə müraciət daxil olub.

“Mobil şirkətlər abonentlərin tənbəlliyinə oynayırlar. Əgər balansdan bir neçə qəpik çıxılırsa, abonent buna görə şikayət etməyəcək. Şirkətlər bunu gözəl anlayırlar və istifadə edirlər. Bütün bunlar ondan xəbər verir ki, istehlakçıların hüquqları lazımi qaydada qorunmur. Şirkətlərin də biznes etikaları aşağı səviyyədədir”.

Hüquqşünas Elçin Qəmbərov da deyir ki, bu cür hadisə məhkəmə prosesinin predmeti ola bilər.

“Əgər abonent haqlıdırsa, bunu sübut etmək çox asandır. Zənglərin çıxarışını tələb etmək olar. Burada göstəriləcək ki, hansı zənglərə nə qədər xərclənilib. Burada söhbət maddi yox, mənəvi ziyandan gedir”, – o əlavə edib.

Oxunub: 911

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər