Prezident mükafatçısından onu görməzdən gələnlərə reaksiya: “Onların "day-dayları" var”













Paralimpiya çempionu, veteran cüdoçu Ramin İbrahimov klubsuz qalıb.

Bu barədə Ramin İbrahimov müsahibə verib:

- Ramin bəy, siz qadınlardan ibarət millidə baş məşqçi kimi çalışmırsınız?

- Düzdür, mən paralimpiya cüdosu üzrə qadınlardan ibarət milli komandanın baş məşqçisiyəm. Amma bizim idmançılar hərəsi bir klubu təmsil edir. İdmançı ilə yanaşı məşqçi də bir klubu təmsil etməlidir. Bələ olan halda klub onu maliyyələşdirir, maaş verir.

- Hansı klublara müraciət etmisiniz?

- “Neftçi İdman Klubu"na Dövlət Neft Şirkəti tərəfindən pul ayrılır ki, idmançılar orada çalışsınlar. İdman camiəsinin üzvləri üçün həmin klubda şərait yaradılsın. Düzdür, “Qəbələ” klubu özü maliyyələşən klubdur. Orada da yığmalardan idmançılar var ki, həmin klubu təmsil edir, həmçinin Uşaq Gənclər İdman Məktəblərindəki idmançılar da onlar adına çıxış edirlər .

“Neftçi İdman Klubu"ndan 3 ildir mənə deyiblər ki, sənədlərini yığ gətir. Yığdım apardım, 3 ildir stolun üstündə qalıb. Təhsil Nazirliyi strukturundakı Uşaq Gənclər İdman Məktəbinə müraciət etmişəm. Dedilər sənin kimi Azərbaycanın fəxri olan bir idmançını götürməyib kimi götürəcəm. Amma 1 ildir ki, sənədlərim orada “yatır”.

- Özünüzün yaratdığı idman klubunuz da var.

- Düzdür, klubum var. Amma o rəsmi deyil. Ölkə çempionatları vaxtı klubumun idmançıları üçün hər dəfə fərqli klublara xahiş edirəm ki, onları öz üzvləri kimi qeyd etsinlər. Səbəb də həmin potensiallı idmançıların ortada qalmaması, yarışa çıxması üçündür. Mənim baş məşqçisi olduğum qadınlardan ibarət paracüdo üzrə milli komandanın üzvləri hər biri “Neftçi İdman Klubu"ndadır. Amma mən kənarda qalmışam.

- Sizə nə cavab veriblər və sənədlər niyə hələ də stolun üstündə qalıb?

- Bilmirəm, hamısı deyir guya yer yoxdur. “Neftçi İdman Klubu"nda çoxsayda məşqçi var. Azərbaycan tarixində 7 paralimpiya, 8 olimpiya çempionu var. Onların demək olar ki, hamısı dövlət orqalarında və digər vəzifələrdə çalışırlar. Məşqçi deyillər. Mən isə idmanı seçmişəm. Əgər mənə klubda çalışmağa imkan yaratsala, idman tarixində ilk dəfə paralimpiya çempionu, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, Heydər Əliyev Fondunun təqaüdçüsü bir məşqçi olacaq. O da olmur. Mənə ağır gələn odur ki, qeyri-peşəkar insanlar, klublarda çalışmağa layiq olmayanlar hansısa yolla, kiminsə hesabına məşqçi düzəlirlər. Bizə isə yer yoxdur. Cənab prezident İlham Əliyev idmançılarımız üçün bu cür gözəl şərait yaradıb, mütəxəssislərin kənarda qalmaması üçün tapşırıqlar verib. Ancaq bəziləri bu tapşırıqları yerinə yetirmir.

- “Neftçi İdman Klubu"nun rəhbərliyindən kiminləsə danışmısınız?

- Əlbəttə, dəfələrlə müraciət etmişik. 3-4 dəfə Milli Paralimpiya Komitəsi adından sənədlərimi də istəyiblər. Ancaq heç bir faydası yoxdur.

“Neftçi İdman Klubu"ndan deyilir gözlə, hələ ki, yer yoxdur. Amma başqaları, idmanda elə böyük naliyyətləri olmayanlara şərait yaradılıb.

Şahidi olmuşam neçə dəfə bəzi şəxslər tərəfindən tapşırılmış insanları məşqçi kimi götürüblər. Onlar da məndən qat-qat aşağı titullu, naliyətləri çox aşağı olan şəxslərdir. Onların "day-dayları" var. Yer yoxdursa, onları necə qəbul edirlər?


Prezident mükafatçısından onu görməzdən gələnlərə reaksiya: “Onların "day-dayları" var”
Prezident mükafatçısından onu görməzdən gələnlərə reaksiya: “Onların "day-dayları" var”

Oxunub: 854

Son xəbərlər

Bugünkü əməliyyatda saxlanılanların – Adları

Azərbaycanda maaş sistemi dəyişir – YENİ MODEL

ABŞ Hind okeanında İrana məxsus neft tankerini ələ keçirdi

Tarixin ən böyük enerji böhranı: "Çox neft və qaz itirdik"

Naxçıvan şəhərinin ticarət rəhbəri işdən çıxdı

Sosial media istifadəçilərinin NƏZƏRİNƏ

“Nə vaxta qədər ərə siqaret pulu verməli idim?”

Nazir yeni aparat rəhbəri təyin etdi

"Qalatasaray" TFF ilə bütün əlaqələrini kəsdi

“Yelo Bank”da mənfəət kəskin azalır

UFO tədqiqatçıları ya itkin düşür, ya da ölü tapılır - ABŞ-də müəmmalı hadisə

Yaponiyada 230 min toyuq MƏHV EDİLDİ

Pentaqonda daha bir istefa

TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Vergi orqanlarına edilən müraciətlərin sayı 14%-ə yaxın azalıb

Rəqsanə İsmayılova barəsindəki qərar dəyişdirildi

ADSEA Kürün daşması ilə bağlı məlumatlara AYDINLIQ GƏTİRDİ

Ohanyan: “İrəvan 28 mayda Azərbaycana hesabat verəcək”

Prezident müraciət ünvanladı

Etimadın kölgəsində böyüyən sərvət

İçməli və tullantı su təchizatına qoşulma üzrə tələb olunan sənədlər – Maarifləndirmə

Dörd qadın güləşçimiz AÇ-də mübarizəyə başlayır

“Paşinyan Bakının əlaltısıdır”

ABŞ Rusiyanı G20 sammitinə dəvət etdi

Expressbank "Sahibkarlar Günü" münasibətilə sahibkarlarla görüş keçirib

Yeni Klinikaya təyin olunan DİREKTOR KİMDİR?

Ağstafada məktəbdə insident - 14 yaşlı şagird bıçaqlandı (YENİLƏNİB)

Səhiyyədə gecikmiş qərarlar və yeni ümidlər

Qızıl və gümüşü olanlara PİS XƏBƏR

Millimiz Avropa çempionu oldu

Bütün xəbərlər