Həkimlərin qurbanı olan xəstə ağır druma düşdü/FOTO-VİDEO



















Azərbaycanda səhiyyə sistemi can üstə olan insana bənzəyir. Hər gün xəstəxanalardan eşitdiyimiz qanunsuz pul tələb olunması, səhv əməliyyat edilməsi və ölüm xəbərləri kimi hadisələr, demək olar ki, adi bir hala cevrilib. Son günlər özəl klinikalarda həkim səhlənkarlığından ağır duruma düşənlər və ölənlərin sayı heç də az deyil. Təcrübəsiz həkimlərin qurbanı olan xəstələr, düşdükləri ağır vəziyyətdən çıxmaq üçün qonşu ölkələrə üz tuturlar.

Bu gün sizlərin diqqətinə çatdıracağımız xəbər, məhz həmin qurbanlardan biri Hüseynov Pənah Hüseyn oğludur. Belə ki, bir neçə dəfə mətbuatda gündəmə gələn P. Hüseynov bildirib ki, 11 aydır dövlət orqanlarının qapısında sürünürəm. Mərkəzi klinikanın həkimi Niyamətdin həkim və Medi Style klinikasının həkimi Qardaşxan həkim sözün əsl mənasında başıma oyun açıblar. 11000 manat pulumu aldılar və əməliyyatımı da səhv etdilər.

Bu sözləri deyən Beyləqan rayon Əhmədbəyli kənd sakini P. Hüseynov sözünə əlavə olaraq onu da qeyd edib ki, sözü gedən məsələylə bağlı Nərimanov rayon Prokurorluğunda cinayət işi başlanıb. Üzərindən bir il ötməsinə baxmayaraq heç bir nəticə yoxdur.

Bir neçə gün öncə dogruxeber.tv informasiya agentliyinin redaksiyasına Beyləqan rayon sakini Pənah Hüseynovun yaxınlarından məlumat daxil olmuşdur. Məlumatda bildirilir ki, günlərdir əsəb və gərginlikdən rahatlıq tapmayan P. Hüseynov anidən səhhəti pisləşib və huşunu itirərək yerə yıxılıb. Dərhal təcili tibbi yardım xidmətinə zəng vurub xəstəni Beyləqan rayon mərkəzi xəstəxanasına yerləşdiriblər. 25.04.2019-cu il tarixdən bu günə qədər xəstəxanada həkimlərin nəzarəti altında olan P. Hüseynov əvvəlkinə baxanda bu gün özünü az da olsa normal hiss etdiyini bildirirlər.

Xəstənin yaxınlarında aldığımız məlumata görə o, düşünürdü ki, Beyləqan rayon millət vəkili Çingiz Qənizadəyə müraciət etdikdən sonra ona hər hası bir köməklik olunacaq. Amma təəssüflər olsun ki, heç bir köməklik olunmadı.

Ağır vəziyyətdə olan ailə çarəsiz durumda qalaraq redaksiyamız vasitəsi ilə ölkə Prezidenti cənab İlham Əliyevdən və 1-ci vitse Prezident Mehriban xanım Əliyevadan kömək diləyirlər.


Həkimlərin qurbanı olan xəstə ağır druma düşdü/FOTO-VİDEO
Həkimlərin qurbanı olan xəstə ağır druma düşdü/FOTO-VİDEO
Həkimlərin qurbanı olan xəstə ağır druma düşdü/FOTO-VİDEO
Həkimlərin qurbanı olan xəstə ağır druma düşdü/FOTO-VİDEO

Oxunub: 1 097

Son xəbərlər

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

"Prezident Kuboku 2026" beynəlxalq reqatasına bu gün Mingəçevirdə yekun vurulacaq

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

Azərbaycanın sənaye müəssisəsinin mənfəəti 5 dəfə azalıb

ABŞ Avropada qoşun sayını azaldır - Tramp açıqladı

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bütün xəbərlər