dunya
31.07.2019, 11:01
Tramp vaxtının çoxunu niyə tvitterdə keçirir?

Dünya liderləri arasında tvitterdən ən çox istifadə etməsi ilə seçilən ABŞ Prezidenti Donald Tramp bu məsələyə aydınlıq gətirib.
dogruxeber.tv-ın “C-Span” nəşrinə istinadən verdiyi xəbərə görə, Tramp tvitterdə niyə tez-tez postlar paylaşmasına açıqlıq gətirərək bildirib ki, atdığı tvitlərlə özünü jurnalistlərin hücumlarından müdafiə edir.
“Bu, mənim yeganə özünümüdafiə üsulumdur. Əgər mətbuat mənimlə bağlı məlumatları vicdanla işıqlandırmış olsaydı, o zaman sosial şəbəkədə o qədər də aktiv olmazdım, buna ehtiyacım da olmazdı”, - deyə Amerika lideri vurğulayıb.
Trampın fikrincə, media onu pis şəkildə təqdim edir: “Buna görə çox üzülür və məyus oluram”.


