Xaçmaz Rayon Mərkəzi Xəstəxanası demək olar başdan ayağa rüşvətə bürünüb




İntertv.az-ın məlumatına görə, Xaçmaz rayon Mərkəzi Xəstəxanası ilə bağlı şok şikayət: Rüşvət, özbaşınalıq, soyğunçuluq…Rayon Mərkəzi Xəstəxanası demək olar başdan ayağa rüşvətə bürünüb. Xaçmazrayon Xəstəxanası qeydiyyyat otağından başlayaraq həkim müalicəsinə kimi hər bir prosesin öz məzənnəsi var. Vətəndaşlardan alınan rüşvətin qarşılığında belə normal tibbi xidmətin olmamasına görə sakinlər başqa xəstəxanalara daha çox müraciət etmək məcburiyyətində qalırlar.

Buna görə də bölgələrdə səhiyyənin durumu bərbaddır. Görünür, ölkə başçısının bu sahəyə ayırdığı diqqət və qayğıdan sui-istifadə edənlər var. Bu gün həmin regionlardan biri də Xaçmaz rayonudur. Xaçmaz rayonu gözəl guşələri, istirahət məkanları ilə seçilsə də, səhiyyəsinin durumu digər regionların səhiyyəsindən yaxşı mənada fərqlənmir. Belə ki, Xaçmaz Rayon Mərkəzi Xəstəxanası ilə bağlı kifayət qədər şikayətlər var. Baş həkim tibb müəssisəsini öz prinsipləri əsasında idarə edir. Savadlı kadrlar kənarda qalıb, harada savadsız həkimlər, tibb bacıları varsa, hamısı sözügedən xəstəxanada cəmləşib.

İntertv.az-ın məlumatına görə, Baş həkim tibb işçilərini işə götürərkən nəsə tələb edir. Tələb olunan vəsaiti vermədikdə isə həmin şəxs işə götürülmür. Çox təəssüf ki, bu gün cibi dolu amma başı boş həkimlərimiz çoxdur. Əksəriyyəti diplomu pul müqabilində əldə edib. Belə şəxslər nəyinsə müqabilində işlə təmin olunur. Bu hal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında artıq adi hala çevrilib. Odur ki, səhiyyənin durumu acınacaqlı vəziyyətdədir. Hər gün ana və uşaq ölümlərinin sayı artır. Artıq heç kəs öz həyatını ölkədəki həkimlərə etibar etmir. Bölgələrdəki insanlar payataxta, paytaxtdakılar isə ölkə xaricinə üz tuturlar. Lakin ölkə xaricində tibbi xidmətin dəyəri çox yüksəkdir. Buna isə hər kəsin maddi imkanı yol vermir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Oxunub: 2 150

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər