Xodorkovskinin həbsini Putinə Rotşildlər sifariş edibmiş... – Rokfeller ailəsi general Həftəri qoruya biləcəkmi? - ARAŞDIRMA










Xodorkovskinin həbsini Putinə Rotşildlər sifariş edibmiş... – Rokfeller ailəsi general Həftəri qoruya biləcəkmi? - ARAŞDIRMA
Öz gündəlik işi ilə məşğul olan insanlar dünyanın zirvəsində nə baş verdiyini, necə bazarlıqlar edildiyini, necə əməliyyatlar hazırlandığını görə bilməzlər. Bu, təbiidir. Ancaq lap zirvədə rüzgarlar güclü əsər. Biz onu bilmədiyimiz üçün Liviya, Suriya, İran, sui-qəsdlər, terrorlar və pul haqqında danışırıq və nə isə anlamağa çalışırıq.

Əsil bilinməli olan böyük aktyorlar, böyük oyunçular və onların etmək istədikləridir. Bu gün toqquşma zirvəyə yüksəlmişdir. Ən yuxarıda olanlar müharibə vəziyyətindədirlər. Bu da bizə dünyanın müxtəlif yerlərində böhran olaraq görünməkdədir. Özünü belə göstərməkdədir. Aralıq dənizində, Somalidə, Fransada olduğu kimi…

Yaxşı, bəs sonra nələr olacaq? Gəlin, müxtəlif yollardan gedərək, bu suala cavab axtaraq.

“53 Park Ln, Mayfair, London W1K 1QA, United Kingdom” ünvanı önəmlidir. Bu, Londondakı “Dorchester” otelinin ünvanıdır. Bura Rokfeller ailəsinin İngiltərədəki qərargahıdır.

2001-ci ildə burada çox özəl bir toplantı oldu. Bu toplantıda kiçik Devid Rokfeller, Ceykob Rotşild, Henri Kissincer, Mixail Xodorkovski, Emmanuel Makron və 2014-cü ildə ABŞ-ın ən önəmli silah şirkətlərindən biri olan “United Technologies”in Baş İcraçı Direktoru olacaq Qreqori Heys kimi çox önəmli 21 şəxs görüşdü.

Toplantı önəmli idi, çünki 11 Sentyabr hücumlarından cəmi bir neçə gün sonra baş tutmuşdu. Toplantının və ya zirvə görüşünün məqsədi paylaşmaq idi. Həm ölkələr, həm də ailələr bir masa ətrafında idilər. “Dorchester” otelinin özəl bölümündəki bu toplantı uzun sürsə də, problemsiz başa çatmış və paylaşma tamamlanmışdır.

Bu toplantı heç bir tarix kitabında yazılmayacaq. Lakin qərarlar orada verilirdi. Tərəflər, iştirakçılar bir-birinin əlini sıxaraq ayrıldılar. Hər kəs xoşbəxt idi. Bu durum 1,5 il sonra baş verəcək hadisəyə, iki ailənin qarşı-qarşıya gəlməsinədək davam edəcəkdi.

Rusiya Prezidenti Putin 6 yaşından etibarən təhsilini Rokfeller ailəsinin öz üzərinə götürdüyü, çox böyük layihə dediyi Mixail Xodorkovskini həbs etdirdi. Əslində, əmr Ceykob Rotşilddən getmişdi.

Bununla Rokfeller ailəsinə gücün mərkəzində daima özünün olduğunu göstərmək istəyən Ceykob Rotşildin bu əməliyyatı kiçik anlaşılmazlıqlarla davam etdi. Mixail Xodorkovski həbsdə saxlandığı müddətcə, Rokfeller ailəsi arabir Rotşildlərlə qarşı-qarşıya gəldi.

Əslində, Rokfeller ailəsinin gələcək planlarında ən yüksək yer tutan Mixail Xodorkovskinin həbs edilməsi böyük bir sıxıntıya səbəb olmuşdu. Açıq şəkildə dilə gətirilmirdi. İdarə olunan proses aparılırdı.

Ancaq bu iki ailə yavaş-yavaş öz yolları ilə irəliləməyə başladı. Rokfeller marşurutu dəyişdi. Pentaqonla, yəni ABŞ-ın “dərin dövləti”lə ortaq oldu. Sonra bir inanılmaz hadisə baş verdi. Eynilə Xodorkovski kimi yetişdirilən, ancaq Rotşild ailəsinin ən önəmli gücü olan Corc Soros Rokfeller ailəsinin yanına keçdi (Bəziləri hələ də buna inanmır. Bəzən mən də qərarsız qalıram). Bu, inanılmaz bir hadisə idi.

Yaranmış bu durum 2013-cü ildə Rotşild ailəsinin bir qərar verməsinə yol açdı. Çünki Rokfeller ailəsinin Mixail Xodorkovski üçün cızdığı planın bənzəri Rotşildlər tərəfindən Corc Soros üçün cızılmışdı.

Bu hadisədən bir neçə həftə sonra Ceykob Rotşild Putinə xəbər göndərdi və Mixail Xodorkovskinin sərbəst buraxılmasını istədi. Elə də oldu. Mixail Xodorkovski 10 illik həbs macərasından sonra sərbəst qaldı. Ancaq bu durum Rokfellerlər üçün çox önəmli deyildi. Çünki artıq 10 il keçmişdi. Rokfeller ailəsi yeni planlarını cızmışdı.

Təbii, Mixail Xodorkovski də kənarda buraxılacaq deyildi. Yenə birlikdə çalışırdılar.

Sərbəst qaldıqdan sonra Mixail Xodorkovskinin getdiyi ölkə Almaniya oldu. Bu, həm Rokfellerin ABŞ daxilindəki gücünü, həm də Vaşinqtonun Berlinlə olan yaxınlığını anladırdı. Ayrıca, Mixail Xodorkovskinin Almaniyada bir müddət qaldığı evlə bu gün İsveçrədə yaşadığı villa Rokfeller ailəsinə məxsus idi.

Oxunub: 831

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər