gundem
14.02.2020
Çində koronavirusdan həkimlər də ölməyə başlayıb

Çində koronavirusa yoluxan və ölən tibb işçilərinin sayı açıqlanıb.
Bu barədə cümə günü keçirilən mətbuat konfransında ÇXR Gigiyena və Sağlamlıq üzrə Dövlət Komitəsi rəhbərinin müavini Zeng İsin məlumat verib.
"11 fevral tarixində saat 24:00-a (Bakı vaxtı ilə 20:00) etibarən tibb işçiləri arasında 1716 xəstəliyə tutulma diaqnozu qoyulub, onlardan 6-sı faciəvi şəkildə ölüb", - deyə o bildirib


