Soydaşlarımız BMT Təhlükəsizlik Şurasının üzvlərinə müraciət edib










Fransa Azərbaycanlıları Koordinasiya Şurasının təmsilçiləri BMT Təhlükəsizlik Şurasının üzvlərinə və diplomatik korpusların rəhbərlərinə elektron məktublarla müraciət ediblər.
dogruxeber.tv bildirir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, müraciətlərdə hərbi əməliyyatların başlanmasına gətirib çıxaran Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda son hərbi təxribatı ilə bağlı dezinformasiya kampaniyasının aparılmasından narahatlıq bildirilib, hadisələrin necə başlanması barədə dolğun məlumat verilib. Qeyd edilib ki, 2020-ci il sentyabrın 27-də Azərbaycanın Goranboy rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədilə Ermənistan silahlı qüvvələri Azərbaycan və Ermənistan qoşunları arasındakı təmas xətti boyu ağir silahlardan istifadə etməklə və artilleriya zərbələri endirməklə hücuma keçib. Bütün beynəlxalq hüquq normalarını və öhdəliklərini pozaraq, Azərbaycanın bu ərazidəki yaşayış məntəqələrini bombardmana məruz qoyub. Naftalan, Tərtər, Daşkəsən və digər rayonların mülkü obyektlərinə və şəhər infrastrukturlarına ciddi ziyan dəyib. 27 sentyabr hücumu zamanı Naftalan şəhərində bir ailənin 5 üzvü həlak olub ki, bunların da ikisi məktəblidir. Ermənistanın yeni təcavüzünə cavab olaraq, Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq hərəkət etdiyi, öz xalqını müdafiə etmək və işğal olunmuş torpaqlarını azad etmək hüquqlarından istifadə etdiyi vurğulanıb.
Müraciətlərdə yaxın tarixə ekskurs edilib, Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi cinayət faktları sadalanıb, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirmədiyi, habelə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadığı və təxribatçı hərəkətlərini davam etdirməklə regionda daha da təhlükəli vəziyyət yaratdığı qeyd edilib.
Müraciət müəllifləri BMT Təhlükəsizlik Şurasını Ermənistanın yeni təxribatını pisləməyə çağırıb və bu ölkənin təcavüzkar hərəkətlərinə son qoyulmasını tələb ediblər.Müraciətlər hüquqşünas Zaur Sadıqbəyli, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının rəhbəri Günel Səfərova, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mehriban Ovçuyeva, Fransanın Nant şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyasının (ACAF) rəhbəri Toğrul Zeynalov, Ulduz Cəmiyyətinin rəhbəri Aytən Muradova, Fransa-Azərbaycan Gənclik Assosiasiyasının rəhbəri Kəmalə Gülməmmədova, Xəzər Araşdırma Mərkəzinin təsisçisi Adela Naibova, "Alim" təşkilatının üzvü Fidan Xəlilova tərəfindən göndərilib.

Oxunub: 647

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər