Erməni terrorçu kimlərin sifarişini icra edib? - "O, Azərbaycan istintaq orqanlarına təhvil verilməlidir"

dogruxeber.tv: - "Həbs edilən bu erməni terrorçu Azərbaycan istintaq orqanlarına təhvil verilməlidir".

Pravda.az-ın xəbərinə görə, bu fikirləri siyasi analitik, jurnalist Samir Feyruzov bildirib.

O qeyd edib ki, Şuşa şəhəri yaxınlığında erməni terrorçunun Azərbaycan və Rusiya sülhməramlılarının olduğu posta qumbara atması təsadüfi hadisə deyil. Bu, Rusiyanın silsilə təxribatlarının (qoyulan abidələrin, büstlərin, S.Peqovun hərəkətlərinin) davamıdır:

"Diqqəti bir nüansa çəkmək istəyirəm. Erməni terrorçunun istifadə etdiyi "RQD-5" əl qumbarası ASALA terror təşkilatı üzvlərinin ən çox istifadə etdiyi qumbaradır. Qumbaranı atan şəxs 1975-ci il təvəllüdlü erməni terrorçu Norayr Mirzoyandır.

Birincisi, bu, Rusiyanın təxribatıdır. Məqsəd Azərbaycanla Ermənistan arasında gərginliyi artırmaqdır. Çünki Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması günün əsas müzakirə mövzusudur. Əgər bu müqavilə imzalanacaqsa, Rusiya münaqişə zonasında ilk presedent olaraq proseslərdən kənarda qalacaq. Hətta Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması ilə bağlı da hüququ baza zənginləşəcək. Bu isə Kremlə sərf etmir.

İkincisi, bu, Ermənistandakı revanşist-qisasçi (Koçaryan-Sarkisyan) qüvvələrin sifarişiə ilə həyata keçirilib. N.Mirzoyan 44 günlük müharibədə iştirak edib, o, Sarkisyana olan sevgisini ifadə edirmiş, Paşinyana qarşı isə radikal mövqedə olub.

Bu terror aktının Ermənistandakı qisasçı-daşnak qüvvələrlə Rusiyanın birgə səyi nəticəsində həyata keçirildiyi heç bir şübhə doğurmur. Rusiya sülhməramlılarının da olduğu postun hədəf seçilməsi manevrdir və Rusiya iz azdırır".

S.Feyruzov daha sonra qeyd edib:

"Bir vacib nüansı unutmayaq: Dünən - noyabrın 12-də Türk Dövlətləri Şurasının VII Görüşündə Rusiyanın uzun illərdir türk xalqlarına qarşı tətbiq etdiyi ideoloji terror da aradan qalxdı. Məsələn, "Türkdilli xalqlar" ifadəsi yığışdırıldı. Rusiya bu ifadə ilə türklərin bu torpaqlara "gəlmə" olduqlarının beyinlərə yeridirdi.

Digər tərəfdən, Türk Dövlətləri Təşkilatının daha ciddi şəkil alması, vacib sənəd kimi Bəyannamənin qəbulu, Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı razılaşmanın əldə olunması və Zəngəzur dəhlizinin bütün türk dünyasını birləşdirəcəyi Kremli dərindən narahat edir. Və ardınca, cəmi bir gün sonra belə bir terror aktı həyata keçirildi.

Qısası, Paşinyan sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır, onun hakimiyyətdə qalması bizə sərf edir. Bu tip təxribatlar prosesi tormozlamaq, gərginliyi atırmaq məqsədi daşıyır və Paşinyana da təzyiq vastəsidir.

Azərbaycan Rusiyanın təxribatları ilə bağlı məsələ qaldırmalıdır. Kremldən hesabat tələb olunmalıdır. Sülhməramlıların yarıtmaz fəaliyyəti ilə bağlı aydın mövqe olmalıdır. Eləcə də son bir həftədə, hər gün Azərbaycana qarşı həyata keçirilən təxribatların hesabı sorulmalıdır".

Oxunub: 372

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər