KTMT-nin sülhməramlı missiyası: Rusiyanın təhlükəli Qarabağ planı - NƏ BAŞ VERİR?

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlətlərin hərbi nümayəndələri BMT-nin sülhməramlıların təcrübəsini öyrənmək məqsədilə dekabr ayının əvvəllərində Livanda olub, beynəlxalq təşkilatın bu ölkədəki hərbi missiyasının fəaliyyətini izləyiblər.

Bu o deməkdirmi ki, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı tərkibində sülhməramlı qüvvələrin yaradılması barədə düşünür və əgər belə bir misssiya yaradılarsa, bu ilk olaraq harada sınaqdan keçiriləcək?”

"dogruxeber.tv" Cebhe.info-ya istinadən xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş SSRİ ərazisində heç bir ortaq missiyası yoxdur:

“Bu bölgədə nə edilirsə, Rusiya təkbaşına edir. Buna baxmayaraq, Moskva tərəfdaşlarını da sülhməramlı qüvvələrdə fəaliyyətə cəlb etməyə çalışır.

Təsadüfi deyil ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin Baş Qərargah rəisləri dekabrın 8-də onlayn müzakirəsində haqqında danışılan mövzunu müzakirə ediblər.

Rusiyanın Baş Qərargah rəisi Valeriy Qerasimovun sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ortaq sülhməramlı qüvvələri BMT-nin sülhməramlı missiyasında iştirak edə bilər. Qerasimov beynəlxalq sülhməramlı missiyada iştirak üçün hərbi müşahidəçilərin hazırlanması gərəkliyini bildirib.

Rusiyanın KTMT çərçivəsində formalaşdırmaq istədiyi sülhməramlı missiya gələcəkdə Qarabağda rusiyalı hərbçilərə qoşula və ya onları əvəz edə bilərmi? Bu mənada başqa bir sual da aktuallaşır: KTMT-nin sülhməramlı missiyası Qarabağda yerləşmək istəyərsə, Azərbaycanın mövqeyi necə olmalıdır?

Rusiya Qarabağdakı hərbi missiyasının saxlanılmasına kifayət qədər maliyyə ayırır. Buna baxmayaraq, Moskva şikayətçi deyil. Kremli belə məsələlərdə xərclənən maliyyə düşündürmür, onun üçün önəmli olan Rusiyanın Azərbaycanda hərbi varlığını davam etdirməkdir. Ancaq Kremldə hiss edirlər ki, rəsmi Bakı Rusiya hərbçilərinin Qarabağda müvəqqəti yerləşdiyi firkrini hər dəfə xatırladır. Ona görə də Kreml Azərbaycanda hərbi “fəaliyyətini” qeyri-müəyyən müddətə davam etdirmək məqsədilə rəsmi Bakının razılığını almaq üçün mövcud hərbi missiyasına Bakının tərəfdaşları olan Qazaxıstan və Belarus hərbçilərini də daxil etmək istəyə bilər.

Ancaq buna razılaşmaq olmaz, bu hiylədir. Hər nə qədər Qazaxıstan və Belarus Azərbaycanın tərəfdaşları olsa da, onlar Qarabağda Rusiyanın istəklərinə tabe olacaqlar. Bununla Azərbaycanın Qazaxıstan və Belarusla münasibətlərində əlavə suallar yaranacaq ki, bu tərəflərin heç birinin maraqlarına uyğun deyil”.

Son xəbərlər

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq

BAŞLANDI! Rusiya şəhərləri, Krım, gəmilər, zenit-raketlər, dəmiryolları BOMBALANIR

“Qarabağ” 1 milyona qapıçı alır

Podolyakdan Lukaşenkoya hədə: Təqaüdə çatmaq istəyirsə...

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

Sərhəddə, yerin altında gizli narkotik marşrutu: illərlə diqqətdən yayınıb - Foto

Tarixdə ilk trilyonçu ola bilər

"Ford" 420 min avtomobili geri çağırır

"Reuters": Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır

Qırğızıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

İsrailli köçkünlər fələstinli çobanları otlaqlarından qovublar

Cəfər Əsədova yüksək vəzifə verildi

Zelenski: Ukraynanın NATO-ya üzvlüyünü əksər ölkələr dəstəkləyir

Netanyahu Trampla fikir ayrılıqlarının yarandığını etiraf etdi

Şəlaləyə baxmağa gedən 21 yaşlı gənc iki həftədir tapılmır

İspaniyada anomal isti hava səbəbindən ölənlərin sayı 100-ü keçib

Baş nazirdən QƏRAR

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Rövşən Muradov qəfil VƏFAT ETDİ

Narkotikin təsiri altında olan sürücü həbs edildi

Rusiyadan ABŞ və İranın hücumlarına reaksiya

Saxta mesajlar avtomatik aşkarlanacaq - "WhatsApp"da yeni funksiya

Əlavə məzuniyyətlər kimlərə verilir?

İmişlidə güclü yanğın - 2 rayondan dəstək gəldi

Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində

Bütün xəbərlər