gundem / hadise
5.01.2022
Bakıda ikimərtəbəli kottec yanıb
"dogruxeber.tv" xəbər verir ki, Bakıda ikimərtəbəli kottecdə yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, paytaxtın Xəzər rayonunda ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli kottecin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb. Kottecin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



