Xətai İcra Hakimiyyəti şəhid ailələrini sakinlərlə üz-üzə qoyur - NARAZILIQ VAR!

dogruxeber.tv: - Xətai rayon İcra Hakimiyyəti Şəhid ailələrini sakinlərlə üz-üzə qoymaq istəyir. Belə ki, icra hakimiyyəti 4 binanın arasında uşaqların oynadığı meydançanı sökərək Şəhidlər üçün abidə qoyur. Halbuki Xətai rayonu, Məhəmməd Hadi küçəsi 81, 83, 77 və 79 ünvanında yerləşən binaların yanında baxımsız vəziyyətdə qalan yaşıllıqda Şəhidlərin xatirəsinə abidə ucaltmaq və gözəl bir park salmaq olardı. Görünür, şəhərin bahalı yerlərindən biri olan sözügedən ərazidə yaşıllığı məhv edib gələcək perspektivdə satmaq planları buna mane olub…

Həzi Aslanov metrosunun yanında, el arasında “Kvadrat” deyilən məhəllənin sakinləri AzToday.az-a bildirib ki, Xətai rayon İcra Hakimiyyəti illərdir başqa məhəllərdə abadlaşdırma işləri görüb, amma adıçəkilən ünvanda indiyə kimi heç bir iş görməyib. Son bir-neçə gündə icra hakimiyyəti abadlaşdırma adı altında 4 binanın həyətində uşaqlarin oynaması üçün nəzərdə tutulan meydançanı söküb Şəhidlər üçün kompleks hazırlamağa başlayıb. Sakinlər deyir ki, dairəvi meydançada azyaşlılar illərdir oynayıblar:

“Həyətdə başqa boş ərazi yoxdur. İndi Şəhidlər üçün kompleks hazırlamaqla bərabər dairəvi meydançanı qazonlaşdırmaq fikrindədirlər. Bundan sonra uşaqlarımız harada oynayacaqlar? Şəhidlərin xatirəsi hamımız üçün əzizdir, millət və dövlət olaraq özümüzü onlara həmişə borclu hiss etməliyik. Ancaq Şəhid adından istifadə edib kiməsə narahatlıq yaratmaq və qonşuları üz-üzə qoymaq mənəviyyatsızlıqdır. Uşaqlara daim nəzarər etmək mümkün deyil. Bundan sonra kompleksin ərazisinə girən və ona xəsarət yetirən uşaqlara görə biz sakinlər illərdir mehriban qonşuluq şəraitində yaşadığımız şəhid ailələri ilə üz-üzə qala bilərik. Çünki doğmalarını itirən həmin ailələr təbii olaraq Şəhidlərin adına olan yerlərə bizdən daha çox həssaslıqla yanaşacaqlar. Ümid edirik ki, Xətai rayon İcra Hakimiyyəti kompleksi qorumaq üçün nəzarətçi də ayıracaq…”

İcra Hakimiyyəti sakinlərin haqlı şikayətləri qarşısında geri çəkilmək əvəzinə onları aldatmağa da çalışır. Guya binaların arxasında baxımsız vəziyyətdə qalan yaşıllığı uşaqlar üçün oyun meydançası edəcəklər. Halbuki həmin yaşıllığı abadlaşdırıb gözəl bir park edib Şəhidlərin adına vermək daha məntiqli olardı. Sakinlər icra hakimiyyətinin bu vədini növbəti oyun hesab edirlər:

“Orada meydança salınmalı olsa, gərək çox illik agacların əksəriyyəti kəsilsin. Amma orada gözəl bir park salıb, Şəhidlərin xatirəsinə də gözəl bir abidə qoymaq olardı. Onda həmin parkda istirahət edən şəxslər hər addımda Şəhidlərin ruhuna dualar oxuyacaqdı…”.

Xətai İcra Hakimiyyəti şəhid ailələrini sakinlərlə üz-üzə qoyur - NARAZILIQ VAR!

Xətai İcra Hakimiyyəti şəhid ailələrini sakinlərlə üz-üzə qoyur - NARAZILIQ VAR!

Oxunub: 344

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər