Daşkəsəndə qızılçıxaranlar tariximizi necə məhv edir? – Arxeoloqdan SƏRT SÖZLƏR

dogruxeber.tv: - Azərbaycan Konstitusiyasının 77-ci madəsinin 14-cü bəndinə əsasən tikinti şirkətləri hər hansı ərazidə, xüsusən 1 hektardan çox olan sahədə tikinti işləri apararkən dərhal Elmlər Akademiyasının müvafiq institutlarına, o cümlədən Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna məlumat verilməlidir, əks təqdirdə həmin şirkət məsuliyyət daşıyır.

Amma tikinti şirkətləri bu tələblərə əməl etmir. Elə bu günlərdə Daşkəsəndə tarixi abidənin məhv edilməsi də bu məsuliyyətsizliyin ucbatından baş verib.

“Daşkəsən rayonunun Çovdar kəndi ərazisində inşa edilən qızıl mədəninin tikintisi zamanı bir neçə daş qutu qəbirlər məhv edilib”.

Bu barədə məlumatı Bizim.Media-ya Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri Qəhrəman Ağayev verib.

Onun sözlərinə görə, Türkiyənin "Maqro Construction" MMC şirkətinin Azərbaycan nümayəndəliyi Çovdar kəndi ərazisində qızıl mədəninin inşasına start verib, bu məqsədlə şirkət mədənin inşası üçün 20 hektara yaxın ərazidə böyük su anbarı və onun ətrafında tikinti-quraşdırma işləri aparır. Tikinti işləri zamanı buradan bir neçə daş qutu qəbirləri aşkar edilib və şirkət bundan sonra Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna məlumat verib.

İnstitut rəhbərliyi də dərhal 5 nəfərlik elmi heyətin Daşkəsən rayonuna göndərilməsini təmin edib.

Qrupun rəhbəri Qəhrəman Ağayev Çovdar kəndi ərazisində qızıl mədəninin inşası zamanı aşkar edilən 3 daş qutu qəbrin tamamilə dağıdıldığını müşahidə etdiklərini deyir:

"Təəssüf ki, qəbir abidələri 3-ü də tamamilə dağıldılıb. Biz ərazidə tədqiqat işləri apardıq, qəbirləri şərti olaraq nömrələdik və əlavə tədbirlər gördük".

Qəhrəman Ağayev deyir ki, birinci qəbir tam dağıldığından orada kifayət qədər artefaktın məhv edildiyini aşkarladıq:

“Birinci qəbirdən yalnız 1 ədəd tunc xəncər götürmək mümkün olub, 2-ci qəbrin isə bir hissəsi dağılıb, salamat hissəsindən isə saf halda 35-40 sm diametrliyində darboğazlı bir küp tapıldı. Həmçinin qırılmış cam qabları da götürüldü. Təəssüf ku, buradakı insan skletini tam götürmək mümkün olmayıb, texnika skleti zədələdiyindən oradan yalnız sümüklərin bir qismi götürülüb”.

Arxeloloq aşkar edilən 3 -cü qəbrin kamerasının salamat qaldığını deyərək oradan isə 1ədəd xəncər, 44 ədəd kəhrabadan hazırlanmış muncuq tapıldığını bildirir:

“Təəssüf ki, həmin qəbrin üstündən texnika keçdiyindən 2 ədəd saxsı qabın yalnız qırıqlarını nümunə kimi götürə bildik. Ərazidə işlənməmiş 4-cü qəbir isə xoşbəxtlikdən salamat qalıb. Hava şəraitinə görə ekspedisiya avqust ayının 22-ə qədər təxirə salınıb. 22-də elmi heyət yenidən Daşkəsənə ezam olunacaq və qızıl mədəni tikintisinin aparıldığı ərazidə 4-cü qəbrin öyrənilməsinə start veriləcək”.

Sonda arxeoloq-alim həyəcan təbili çalaraq bildirdi ki, Azərbaycanda tikinti şirkətlərinin heç biri ana qanunumuzda yazılan maddəyə riayət etmir:

“Bu vaxta qədər aparılan bütün inşaat işlərində şirkətlər ancaq tikinti işlərinə başladıqdan və ərazidə hər hansı tarixi abidəyə zərər vurduqdan sonra bizə müraciət edirlər. Onda isə çox gec olur, biz qazıntı yerində zədələnmiş arxeoloji abidə tapırıq və bu da tariximizi mükəmməl öyrənməkdə, tam tədqiq etməkdə bizə çətinlik yaradır. Buna son qoymaq lazımdır, mən səlahiyyət sahiblərinə müraciət edərək çatdırmaq istəyirəm ki, tariximizə biganə yanaşmasınlar, buradakı hər maddi sübut bizim kimliyimizi, bu torpağa varisliyimizi sübut edir. Düşmən dəyirmanına su töküb, elmimizi bu bilgilərdən məhrum etməsinlər”.

Oxunub: 545

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər