gundem / hadise / dunya
3.01.2023, 09:45
Burkina-Fasoda 28 kişinin cəsədi tapıldı
Burkina-Fasonun şimal-qərbindəki Nuna şəhərində odlu silahdan öldürülən 28 kişinin cəsədi aşkarlanıb.
"dogruxeber.tv" xarici mətbuata istinadən xəbər verir ki, cəsədlər dekabrın 30 və 31-də tapılıb. Prokurorluqdan qeyd edilib ki, qətllə bağlı istintaq başlayıb.
Baş verənlərin təfərrüatları açıqlanmayıb.


