Finlandiya Rusiya ilə sərhəddə divar tikməyə başlayıb

"dogruxeber.tv" "haberglobal"a istinadən xəbər verir ki, Finlandiya sərhəd təhlükəsizliyini artırmaq üçün Rusiya ilə sərhədində 200 km uzunluğunda divar inşa etməyə başlayıb.

Sərhədçilər divarın 3 metr hündürlüyündə olacağını və üzərində tikanlı məftillərin olacağını açıqlayıb.

Finlandiya 1340 km uzunluğunda Avropa İttifaqının Rusiya ilə ən uzun sərhədini bölüşür. Hazırda sərhəddə yüngül taxta hasarlar var. Ukraynada döyüşmək üçün ordudan qaçan rusların sayının artması ilə əlaqədar Finlandiya divar tikmək qərarına gəlib. Finlandiya Parlamenti çərşənbə axşamı ölkənin NATO alyansına üzvlük iddiasını sürətləndirəcək qanun layihəsinin müzakirəsinə başlayıb və çərşənbə günü səsvermənin keçirilməsi gözlənilir.

İmatra sərhəd qapısında divar işlərinə meşələrin təmizlənməsi ilə başlanıldığı halda, yeni yolun və divarın tikintisinə mart ayında başlanması planlaşdırılır.

Divarın müəyyən yerlərində gecə görmə kameraları, işıqlar və dinamiklər yerləşdiriləcək.
Sərhəd Mühafizəsinin məlumatına görə, İmatrada 3 km-lik pilot layihənin iyunun sonunadək başa çatdırılması gözlənilir.
Finlandiya iyul ayında Sərhəd Mühafizəsi Aktına yeni dəyişikliklər edərək, daha möhkəm bir divar inşa etməyə imkan verdi. Mal-qaranın sərhəddən keçməsinin qarşısını almaq üçün mövcud taxta hasarlardan istifadə edilir.
Rusiya Ukraynanı işğal edəndən bəri Finlandiya şərq sərhədini möhkəmləndirməyə çalışır.

Sentyabrda prezident Vladimir Putinin Ukraynada döyüşmək üçün ehtiyatda olan hərbçilərin səfərbər edilməsi əmrindən sonra çoxlu sayda rusiyalı Finlandiyaya qaçmağa başladı.
Ötən il fevralın 24-də Rusiyanın işğalından sonra Finlandiya və İsveç illərlə bitərəfliyə son qoyaraq NATO-ya üzv olmaq qərarına gəliblər.

ABŞ və Kanada ilə yanaşı, 28 Avropa ölkəsindən ibarət NATO Türkiyə və Macarıstan istisna olmaqla, iki Skandinaviya ölkəsinin iştirakını təsdiqləyib.
Finlandiya hökuməti üzvlük ərizəsini aprelin əvvəlində keçiriləcək seçkilərə qədər yekunlaşdırmaq istəyir.

Yanvarda Stokholmda Quran yandırıldıqdan və prezident Ərdoğanı hədəf alan etiraz aksiyalarından sonra Türkiyə bu iki ölkə ilə danışıqların qeyri-müəyyən müddətə dayandırıldığını açıqlamışdı. Bazar ertəsi açıqlama verən xarici işlər naziri Mövlud Çavuşoğlu, iki ölkə ilə yeni görüşün martın 9-da Brüsseldə olacağını söylədi; İsveç və Finlandiyanın NATO üzvlüyü üçün Türkiyə qarşısında müəyyən öhdəlikləri olduğunu qeyd edərək, "Bu addımları görmədən İsveçin NATO üzvlüyünə "hə" deməyimiz mümkün deyil" dedi.

dogruxeber.tv
Jalə Əsədova

Oxunub: 468

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər