Nyu Yorkda böyük münsiflər məhkəməsi Trampa ittiham irəli sürüb

Nyu-Yorkda böyük münsiflər məhkəməsi keçmiş prezident Donald Trampa 2016-cı il prezident seçkisi kampaniyası zamanı porno ulduz Stormi Danielsə pul ödəməklə əlaqədar ittiham irəli sürüb.

dogruxeber.tv” “Amerikanın səsi” Radiosunun TWITTER paylaşımına və “ THE GUARDİAN” qəzetinə istinad edərək xəbər verir ki, bu ittiham Trampın 2020-ci ildə məğlub olandan sonra yenidən Ağ Evə namizədliyini irəli sürdüyü bir vaxta təsadüf edir. Bununla da o, ittiham irəli sürülən həm yeganə keçmiş prezident, həm də prezidentliyə namizəd olur.

Trampa qarşı ittihamların təfərrüatları məlum deyil, çünki ittiham aktı hələ ki, açıqlanmayıb. Ancaq onlar Manhetten dairə prokurorunun Trampın o zamankı vəkili Mayk Kohenin Danielsə onun Trampla iddia olunan cinsi münasibəti ilə bağlı səssiz qalması üçün edilən 130 min dollarlıq ödənişlə əlaqədar araşdırmasından irəli gəlir.

Kohen ödənişi Trampın göstərişi ilə etdiyini və daha sonra Trampın daşınmaz əmlak şirkəti olan “Trump Organization” tərəfindən “hüquqi” xidmətlərə görə kompensasiya edildiyini bildirib.

Susmaq üçün pul ödəmək qanunsuz olmasa da, federal prokurorlar iddia edir ki, ödənişi “hüquqi” xidmət ödənişi kimi göstərmək federal seçki kampaniyasının maliyyə qanunlarını pozub.

Kohen 2018-ci ildə Daniels və MakDuqala ödənişlərin təşkil olunmasındakı rola görə seçki kampaniyasının maliyyə qanunlarını pozmaqda günahkar olduğunu etiraf edib və daha sonra bir ildən çox həbsdə qalıb.

Nyu York qanunlarına əsasən, biznes qeydlərinin saxtalaşdırılması adətən yüngül qanun pozuntsudur. Amma başqa cinayət törətmək və ya gizlətmək niyyəti ilə edildikdə, dörd ilə qədər həbs cəzası nəzərdə tutulan ağır cinayət hesab edilir.”

Dairə prokurorluğunun sözçüsü şərh istəyinə dərhal cavab verməyib.

Ödənişlə bağlı araşdırma aparan böyük münsiflər məhkəməsinin önündə ifadə verən Kohen açıqlamasında Trampa qarşı sürülən ittiham aktını təsdiqləyib.

Tramp bu işdə hər hansı qanun pozuntusunu rədd edib. O, bəyanatında ittiham aktını “siyasi təqib və tarixin ən yüksək səviyyəsində seçkiyə müdaxilə” adlandırıb.

“Demokratlar “Trampı tutun” vəsvəsəsi ilə yalan danışıblar, fırıldaqçılıq ediblər, oğurluq ediblər, ancaq indi ağlasığmaz şeyi etdilər - seçkiyə açıq müdaxilə hərəkəti ilə tamamilə günahsız bir şəxsi ittiham etdilər,” sabiq prezident yazıb.

Tramp Kohenə ödəniş üçün kompensasiya verdiyini etiraf etsə də, bunun “kampaniya ilə heç bir əlaqəsinin” olmadığını deyib və Demokrat Nyu York prokurorunu siyasi motivli “ifritə ovu” aparmaqda günahlandırıb.

İttiham aktını gözləyən Tramp ötən cümə günü ittiham olancağı halda “mümkün ölüm və dağıntı” barədə xəbərdarlıq edib. O, şənbə günü Texasın Vako şəhərində mitinq keçirib və tərəfdarlarına barəsində “cinayət, yüngül qanun pozuntusu, evli ikən başqası ilə münasibət olmayan bir şeyə” görə araşdırma aparıldığını deyib.

Sabiq prezident bu yaxınlarda bir neçə gün ərzində “həbs olunacağını” deyəndən və tərəfdarlarını etiraz etməyə çağırandan sonra ittihamların irəli sürüləcəyi gözlənilirdi.

Floridada yaşayan Tramp təslim olmaq üçün Nyu Yorka getməli olacaq.

Polisin nəzarətinə alınandan sonra isə onun standart prosedurlara uyğun olaraq barmaq izləri alınacaq və şəkilləri çəkiləcək.

dogruxeber.tv
N.Məmərli

Oxunub: 359

Son xəbərlər

Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti seçildi

Gəncədə dəm qazından boğulub ölən və zəhərlənənlər var

Bugünkü əməliyyatda saxlanılanların – Adları

Azərbaycanda maaş sistemi dəyişir – YENİ MODEL

ABŞ Hind okeanında İrana məxsus neft tankerini ələ keçirdi

Tarixin ən böyük enerji böhranı: "Çox neft və qaz itirdik"

Naxçıvan şəhərinin ticarət rəhbəri işdən çıxdı

Sosial media istifadəçilərinin NƏZƏRİNƏ

“Nə vaxta qədər ərə siqaret pulu verməli idim?”

Nazir yeni aparat rəhbəri təyin etdi

"Qalatasaray" TFF ilə bütün əlaqələrini kəsdi

“Yelo Bank”da mənfəət kəskin azalır

UFO tədqiqatçıları ya itkin düşür, ya da ölü tapılır - ABŞ-də müəmmalı hadisə

Yaponiyada 230 min toyuq MƏHV EDİLDİ

Pentaqonda daha bir istefa

TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Vergi orqanlarına edilən müraciətlərin sayı 14%-ə yaxın azalıb

Rəqsanə İsmayılova barəsindəki qərar dəyişdirildi

ADSEA Kürün daşması ilə bağlı məlumatlara AYDINLIQ GƏTİRDİ

Ohanyan: “İrəvan 28 mayda Azərbaycana hesabat verəcək”

Prezident müraciət ünvanladı

Etimadın kölgəsində böyüyən sərvət

İçməli və tullantı su təchizatına qoşulma üzrə tələb olunan sənədlər – Maarifləndirmə

Dörd qadın güləşçimiz AÇ-də mübarizəyə başlayır

“Paşinyan Bakının əlaltısıdır”

ABŞ Rusiyanı G20 sammitinə dəvət etdi

Expressbank "Sahibkarlar Günü" münasibətilə sahibkarlarla görüş keçirib

Yeni Klinikaya təyin olunan DİREKTOR KİMDİR?

Ağstafada məktəbdə insident - 14 yaşlı şagird bıçaqlandı (YENİLƏNİB)

Səhiyyədə gecikmiş qərarlar və yeni ümidlər

Bütün xəbərlər