Ombudsman hərbçimizin həbs müddətinin uzadılmasına etiraz edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanı) Ermənistan tərəfindən əsir götürülmüş və qanunsuz olaraq azadlıqdan məhrum edilmiş Azərbaycan hərbi qulluqçusunun həbs müddətinin uzadılmasına etiraz edib.

"dogruxeber.tv"ın məlumatına görə, etiraz bəyanatında xatırladılıb ki, 2023-cü il aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun əsgərləri Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğlu saxta ittihamlarla azadlıqdan məhrum ediliblər:

"Bu dövr ərzində onlar vəkillə təmin olunmamış, müxtəlif işgəncələrə və pis rəftara məruz qalmış və beləliklə də beynəlxalq hüquq normaları kobud şəkildə pozulmuşdur.

Təəsüflə qeyd etmək istərdik ki, bu məsələ ilə bağlı dəfələrlə edilən müraciətlərə baxmayaraq, düşmənçilik mövqeyini hələ də davam etdirən Ermənistan hakimiyyəti həmin şəxslərin həbs müddətini uzatmaqla növbəti dəfə beynəlxalq hüququn tələblərini heçə sayaraq, aparılan sülh danışıqlarına zərbə vurmaq niyyətini nümayiş etdirmişdir.

Ermənistan tərəfindən keçirilmiş qondarma "məhkəmə prosesi" nəticəsində hərbi qulluqçularımızın qanunsuz olaraq azadlıqdan məhrum edilməsi və bu günlərdə onların həbs müddətinin uzadılması ilə bağlı verilmiş qərəzli "qərar"ın beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə zidd olduğunu bildirir və əsgərlərimizin dərhal azad olunmasını bir daha qəti şəkildə tələb edirik.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, beynəlxalq ictimaiyyəti bir daha əsirlikdə olan hərbi qulluqçularımızın azad edilməsi məqsədilə ciddi və təsirli addımlar atmağa çağırıram".

Oxunub: 369

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər