Prezidentə və Birinci Vitse-Prezidentə Xətai rayon Məhkəməsindən şikayət. Tapşırıqla işləyənlər!-VİDEO

Yazıçı və jurnalist Ziyadxan Nəbibəyli
KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNƏ MÜRACİƏT etmişdir. Bir nüsxəsi də "dogruxeber.tv" saytına göndərilən müraciətdə deyilir:

Mən Yazıçılar Birliyi və Jurnalistlər birliyinin üzvü, professor, prezident mükafatçısı, Qarabağ müharibəsi veteranı və 89 kitab müəllifi olaraq respublikamızda olan bütün Kütləvi İnformasiya Vasitələrinə, səsimi cənab Prezidentə və xanım Birinci Vitse-Prezidentə çatdırmaları üçün müraciət edirəm.

Bildirmək istəyirəm ki, mən yaşlı şəxs olsam da hər zaman Dövlətimin və Millətimin yanında olmaq hissləri ilə yaşamışam. Bu münasibətlə, rəhmətlik əməkdar artist Novruz Qartalla birlikdə “Yeniləşən Dövlətə Dəstək” ictimai birliyi adlı təşkilat yaratmışıq. O, rəhmətə getsə də mən fəaliyyətimi davam etdirmişəm. Bu təşkilat çox maraq kəsb etmiş, bizimlə birlikdə olmağa çox şəxslər həvəs göstərmişdir. Lakin bəzi şəxslər saxta sənədləşmə işləri aparıb qanunsuz protokol tərtib etməklə, Dövləti və Milləti aldadaraq mənim yaratdığım bu təşkilatı ələ keçiriblər. Bununla bağlı çox mötəbər dəlil-sübutlar gətirməklə Bakı şəhər Xətai rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişik. Amma beş Məhkəmə prosesindən sonra Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasova qanunsuz olaraq bizim iddiamızı rədd etmişdir.

Belə ki, biz Məhkəməyə əsaslı sənədlər və sübutlar təqdim etmişik ki, “Yeniləşən Dövlətə Dəstək” ictimai birliyinin 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağının protokolu cavabdeh tərəfindən saxtakarlıqla hazırlanıb. Cavabdeh isə Məhkəməyə sənədlər verir ki, guya həmin Ümumi Yığıncaq whatsapp-da keçirilib. Bu sadəcə olaraq çox gülünc bir haldır ki, rəsmi Dövlət qeydiyyatından keçmiş bir təşkilatın ali orqanı olan Ümumi Yığıncağı və səsverməsi whatsapp-da keçirilib. Hansı ki, həmin iclasın whatsapp-da belə keçirilməsi ilə bağlı sübut yoxdur, cavabdeh sadəcə olaraq vəziyyətdən çıxış yolunu bunda tapıb ki, Məhkəməyə deyim biz Ümumi Yığıncağı whatsapp-da keçirmişik.

Nəinki ölkəmizdə hətta deyərdim bütün dünya ölkələrində bir ilk oldu ki, rəsmi bir iclas və səsvermə whatsapp-da keçirilir və Məhkəmə buna göz yumur. Pandemiya vaxtı dünyada və ölkəmizdə bütün onlayn iclaslar Zoom, Microsoft Teams, Google Meets, Skype və.s onlayn tədbir platformaları vasitəsi ilə həyata keçirilib. Sual verirəm, whatsapp nə zamandan onlayn tədbir platforması hesab edilir? Onlayn tədbirlərin hər birinin protokolunda iclasın onlayn keçirilməsi qeyd edilir və tədbirin audio-video qeydiyyatı CD diskdə və ya digər formada protokola tikilir.

Biz Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovaya, Dövlət qurumlarından
və özət təşkilatlardan bir çox sübutlar təqdim etdik ki, onlayn tədbirlər əslində

necə keçirilməlidir. Nəyə görə 2022-ci ilin yanvar ayında bir iclas guya onlayn
qaydada keçirilməli idi? Cavabdehin həmin vaxtı bir çox iclasları bir yerə toplaşmaqla keçirdiyini belə Məhkəməyə sübut etmişik. Sual yaranır ki, əgər sənin həmin vaxtı bir yerə toplaşma azadlığın var idisə, o zaman “Yeniləşən Dövlətə Dəstək” ictimai birliyinin 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağını niyə whatsapp-da keçiməli idin? Təsəvvür edin ki, cavabdeh həmin Ümumi Yığıncağın həqiqətən də keçirilməsini sübuta yetirəcək heç bir sübutu Məhkəməyə təqdim edə bilmədi. Cavabdeh bütün bu halları sübuta yetirə bilməsə də, Məhkəmənin hakimi Əminə Abbasova bizim kifayət qədər dəlil-sübutlarımıza əhəmiyyət verməyərək kimlərinsə tapşırığına əməl edərək nəyinsə xatirinə bizim iddiamızı rədd etmişdir.

Hansı ki, kimlər tapşırıq verib biz bunu da öncədən bilirdik və bu barədə aidiyyatı bütün qurumlara və Məhkəmənin sədrinə məlumat vermişdik. Təsəvvür edin ki, biz iddiaçılar öncədən yazsaq da 2(011)-5845/2023 saylı Məhkəmə işi kimlərinsə tapşırığı ilə həll ediləcək, bizim müraciətlərimizə baxılmadı və həqiqətən də biz deyən kimi də Məhkəmə tapşırıqla iddiamızı rədd etdi.

Prezidentə və Birinci Vitse-Prezidentə Xətai rayon Məhkəməsindən şikayət. Tapşırıqla işləyənlər!-VİDEO

Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasova qanunsuz sənədlər hazırlayan, guya whatsapp-da ümumi yığıncaq keçirib səsvermə təşkil edən, saxtakarlıqla bizim yaratdığımız ictimai birliyi ələ keçirən şəxslərə bəraət qazandırdı. Hətta hakim Əminə Abbasova o qədər qanunsuzluğa getdi ki, bizim Məhkəməyə verdiyimiz vəsatət-i belə qəbul etdiyini bildirsə də vəsatət-də qeyd etdiyimiz məsələləri təmin etməkdən boyun qaçırdı. Cavabdeh şəxs mənim imzamı saxtalaşdırmaqla saxta protokol tərtib etmişdir və biz həmin protokolda olan imzanın ekspertizaya göndərilməsini vəsatət-də qeyd etsək də, hakim Əminə Abbasova həmin vəsatət-i qəbul etməyinə baxmayaraq təmin etmədi. Görünən odur ki, hakim Əminə Abbasovaya tapşırıq gələn kimi vəsatət-i qəbul etdiyini yaddan çıxarıb. Bu özbaşınalığa nə ad vermək olar? Bəlkə də Məhkəməyə yüz vərəqə yaxın əsaslandırılmış ərizələr yazıb sübutlar təqdim etmişik, lakin hakim Əminə Abbasova həmin ərizələrə baxmayıb belə.

Biz hər zaman Dövlətimizi və cənab Prezidentimizi dəstəkləyən şəxslər olaraq, öz hüquqlarımızı haqlı olduğumuza görə, Vətənimizi və Xalqımızı böyük məhəbbətlə sevdiyimizə görə bu mübarizəmizi sonuna qədər aparacağıq. Əgər Məhkəmədə iş tapşırıqla həll edilirsə, o zaman bizim Apellyasiya şikayətimiz də tapşırıqla rədd edilə bilər, ona görə də bu müraciəti etmək məcburiyyətindəyəm. Bu təşkilatı qeyri-qanuni ələ keçirənlərin bu təşkilatın əlində qalmasına da imkan verməyəcəyik. Hesab edirəm ki, mənim bu müraciətimdən sonra Dövlət qurumları bu məsələni ciddi nəzarətə götürərək araşdıracaq və “Yeniləşən Dövlətə Dəstək” ictimai birliyini əsl sahiblərinə qaytaracaqdır.

Hesab edirəm ki, yazıçı və jurnalist olaraq mənim bu müraciətimi həmkarlarım olaraq Siz media nümayəndələri geniş şəkildə ictimailəşdirəcək, hörmətli Prezidentimizə və hörmətli Birinci Vitse-Prezidentimizə çatdıracaqsınız.//siam.az

Oxunub: 535

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər