gundem / dunya
31.01.2024, 13:45
Türkiyədə Ukraynanın Bərpası Forumu keçiriləcək
İstanbulda Ukraynanın Yenidənqurulması Forumu keçiriləcək və bu forumda Ukrayna heyəti də iştirak edəcək.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
Forumdan əvvəl bir sıra ikitərəfli görüşlər keçiriləcək. O cümlədən, Ukraynanın yenidən qurulması üzrə baş nazirin müavini Oleksandr Kubrakov Türkiyənin ticarət naziri Ömər Bolat və Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ilə görüşəcək.



