gundem / dunya
19.02.2025, 12:15
Bu ölkə 2028-ci ildə Aİ-nin bir hissəsi ola bilər - İtaliya açıqladı
İtaliya prezidenti Mattarella Monteneqro prezidenti Milatoviçlə görüşündə bəyan edib ki, Monteneqro 2028-ci ildə Avropa İttifaqına üzv ola bilər.
"dogruxeber.tv" xəbər verir ki, İtaliya prezidenti Sercio Mattarella rəsmi danışıqlar üçün Monteneqroya səfər edib. Mattarellanı Çetinyedəki Prezident İqamətgahında Monteneqro Prezidenti Yakov Milatoviç rəsmi qarşılayıb.
Danışıqlardan sonra mətbuat konfransında çıxış edən İtaliya prezidenti Mattarella Avropa İttifaqının genişlənməsinin İtaliya üçün əhəmiyyətli olduğunu deyib:
“2028 hədəfi əlçatmaz bir hədəf deyil. İnanıram ki, Monteneqro bu qısa müddət ərzində Aİ-nin bir hissəsi ola bilər”.
Monteneqro prezidenti Milatoviç birgə mətbuat konfransında Aİ-yə üzvlük prosesində Monteneqroya verdiyi dəstəyə görə İtaliyaya təşəkkür edib.
Milatoviç qeyd edib ki, ölkəsinin 2028-ci ildə Aİ-yə üzv olacağına tam əmindir.



