ŞOK İDDİA! “Hacıqabul Quşçuluq Şirkəti” 6 ay soyuducuda saxlanmış yumurtaları təzə adı ilə satır - Qarşı tərəfin mövqeyi  (YENİLƏNDİ)

dogruxeber.tv: - Uzun illər “Hacıqabul Quşçuluq Şirkəti”ndə çalışmış və daxili iş prinsiplərindən xəbərdar olan vətəndaş Babaşov Dilavər Stam oğlu şirkətdə istehsal olunan yumurtaların 6-7 ay soyuducularda saxlanıldıqdan sonra bazara “təzə məhsul” adı ilə çıxarıldığını bildirib.

Bu barədə Tribunainfo.az-a yazan şikayətçi B.Dilavər bildirib ki, problemlə əlaqədar Prezidentin köməkçisi Fuad Ələsgərov başda olmaqla bir sıra mühüm dövlət qurumlarına – Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Vergi Xidməti, Dövlət Əmək Müfəttişliyi və Baş Prokurorluğa rəsmi şikayət ərizəsi ilə də müraciət edib.

Ərizədə Dilavar Babaşov “Hacıqabul Quşçuluq Şirkəti” MMC-də ciddi qanun pozuntularına yol verildiyini bildirir. Vətəndaşın sözlərinə görə, şirkətdə istehsal olunan yumurtanın miqdarı statistikada qəsdən az göstərilir, bu yolla rəsmi hesabatlar saxtalaşdırılır:

“Babaşov Nemət Adışirin oğlu və Babaşov Şöhrət Adışirin oğlu “Hacıqabul Quşçuluq Şirkəti” MMC-də özbaşınalıq, qanun pozuntusu ilə məşğuldurlar. Onların etdiyi açıq cinayətdir. Bu müəssisədə yığılan yumurtalar 6 aylarla saxlanılır. Lakin satışa gedərkən elə həmin gün istehsal edilmiş kimi rəsmiləşdirilir. Bu isə alıcının aldadılması, süni “təzəlik” görüntüsüdür. Şirkətdə 26 konteyner soyuducu, 3 böyük soyuducu anbar var. Hər soyuducu konteynerdə 800-900 qutu yumurta saxlanılır. Daş anbarlarda isə 15 000–20 000 qutuluq yumurtalar yerləşdirilir. Bu yumurtalar 7-8 ay ərzində anbarda qalır”.

Şikayətçi bildirir ki, illərlə həmin müəssisədə çalışdığı üçün istehsal zəncirini, anbar və soyuducu sistemini yaxşı tanıyır. Onun sözlərinə görə, bu məsələ ilə bağlı dəfələrlə yoxlamalar olsa da, nəticələr ört-basdır edilir:

“Adətən kosmetik yoxlamalar aparılır. Bu sahədə ciddi, obyektiv yoxlamalar vacibdir. Mənim müraciətim sıradan şikayət deyil. Bu müəssisədə kimlərin giriş-çıxışı olub, hamısını bilirəm.

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və digər nəzarət orqanlarını Hacıqabul Quşçuluq Şirkətində ciddi araşdırma aparmalıdır. Çünki buradakı məhsullar sonradan mağazalara, məktəblərə, hətta ordunun tədarük sisteminə də düşür. İllərlə soyuducuda qalan yumurtanın bədənə nə qədər zərərli olduğu məlumdur. Belə hallara göz yumulmamalıdır.

Bu müəssisədə hər cür özbaşınalıq, qanunsuzluq yaşanır. Açıq yoxlama aparılsa Babaşov Nemət Adışirin oğlu və Babaşov Şöhrət Adışirin oğlunun yol verdiyi bütün qanunsuzluqlar üzə çıxacaq

Hazırda 60 min qutu keyfiyyətsiz yumurta müştəriləri gözləyir. Zamanında addım atılmsa da bu zay və yarım ildir soyuducuda saxlanan yumurtalar hansısa formada müştərilərə satılacaq”.

Yeri gəlmişkən onu da bildirək ki, artıq bir çox böyük marketlər şəbəkəsi zay olmuş yumurtaları satışdan çıxarır.

Qarşı tərəfi dinləməyə hazırıq.

ŞOK İDDİA! “Hacıqabul Quşçuluq Şirkəti” 6 ay soyuducuda saxlanmış yumurtaları təzə adı ilə satır - Qarşı tərəfin mövqeyi  (YENİLƏNDİ)


***

Son günlərdə bəzi media resurslarında Hacıqabul Quşçuluq Şirkətinin fəaliyyəti və məhsulları ilə bağlı qərəzli, təxribat xarakterli və həqiqətdən uzaq məlumatların yayıldığı müşahidə olunur. Bu cəhdlərin məqsədi açıq şəkildə şirkətimizin nüfuzuna zərbə vurmaq və cəmiyyətdə çaşqınlıq yaratmaqdır.
Bildiririk ki, yayılan məlumatların əsas mənbəyi Hacıqabul Quşçuluq Şirkətinin səhmdarlarının əmisi – 01.07.1957-ci il təvəllüdlü (68 yaşlı) Dilavər Babaşovdur. Hal-hazırda sözügedən şirkətə aidiyyəti olmayan məhkəmə mübahisəsi fonunda Dilavər Babaşov və onu istiqamətləndirən şəxslər tərəfindən ictimai rəyə təsir göstərmək məqsədilə yalan və təhrif olunmuş məlumatlar yayılır. Bu məlumatlar açıq şəkildə şirkətin nüfuzuna xələl gətirmək və hüquqi proseslərə təsir etmək niyyəti daşıyır.
Xüsusilə vurğulayırıq ki, Dilavər Babaşov heç zaman Hacıqabul Quşçuluq Şirkətində çalışmayıb, idarəetmədə iştirak etməyib və bu səbəbdən şirkətin fəaliyyəti ilə bağlı hər hansı açıqlama vermək səlahiyyətinə malik deyil. Onun irəli sürdüyü iddiaların heç biri hüquqi və faktiki əsaslara söykənmir.
Hacıqabul Quşçuluq Şirkəti 1976-cı ildən fəaliyyət göstərir. Şirkət 50 ilə yaxındır ki, həm daxili bazarın yumurta təminatının ödənilməsində və eyni zamanda müxtəlif istiqamətlərdə ixrac əməliyyatlarında aparıcı rola malikdir.
Cari ilin əvvəlində Qafqazın ən böyük yumurta istehsalçılarından olan Hacıqabul Quşçuluq Şirkəti Niderlandın aqrar sahə üzrə Beynəlxalq Akkreditasiya şirkəti olan “KİWA” tərəfindən beynəlxalq İSO 9001:2015 Keyfiyyəti İdarəetmə və İSO 22000:2018 (HACCP) Qida Təhlükəsizliyi İdarəetmə sertifikatlarına layiq görülüb. “KİWA” şirkəti beynəlxalq sertifikatlaşdırma, test və inspeksiya xidmətləri üzrə qlobal liderdir. Avropa, Asiya və Latın Amerikasında 150-dən çox ofisi olan şirkət dünyanın 30-dan çox ölkəsində fəaliyyət göstərir. “KİWA” şirkəti kənd təsərrüfatı, yem, qida, istehsal, emal sənayesi sektoru, biznesin inkişafı sahəsi, ictimai və özəl sektorda, dövlət və beynəlxalq qurumlara xidmət göstərir və öz geniş təcrübəsi ilə müştərilərə dəstək olur.

ŞOK İDDİA! “Hacıqabul Quşçuluq Şirkəti” 6 ay soyuducuda saxlanmış yumurtaları təzə adı ilə satır - Qarşı tərəfin mövqeyi  (YENİLƏNDİ)

Qeyd etmək istərdik ki, bizim üçün əhalinin qida təhlükəsizliyinə verdiyimiz tövhə çox vacibdir və sağlamlığın əsasını təşkil edir. Şirkət hər zaman istehlakçıların mənafeyini düşünüb və "bençmarkinq" strateqiyasını hədəf götürmüşdür.
Azərbaycanda yumurta sahəsində ilk beynəlxalq sertifikat alan Hacıqabul Quşçuluq Şirkəti hazırda gündəlik 2.000 000 ədəd illik isə 720.000.000 ədəd yumurta istehsalı gücünə malikdir. Burada qurulan labratoriyada beynəlxalq standartlara uyğun analizlər həyata keçirilir. Yem məhsullarının təhlükəsizliyi parametrləri üzrə o cümlədən yumurta məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin təyini aparılır. Yemin analizi xüsusi şup cihazı ilə birbaşa standartlara uyğun götürülür və ABŞ istesalı olan NIR cihazında keyfiyyət göstəriciləri təyin edilirək və klassik metodlarla müqayisə edilir. Bundan başqa laboratoriyada gündəlik istehsal olunan yumurtaların mikrobioloji, toksikoloji, radioloji, fiziki-kimyəvi müayinələri peşəkar mütəxəssislər tərəfindən icra edilir. Quşun sağlamlığına ELİSA və PZR müayinələri ilə nəzarət olunur. Laboratoriya 7 ay hazırlıq müddəti ərzində AZAK tərəfindən akkreditasiya edilmişdir və ölkədə quşçuluq sənayesində İSO 17025:2020 sertifikatını alaraq ilkə imza atmışdır.

Oxunub: 418

Son xəbərlər

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

"Prezident Kuboku 2026" beynəlxalq reqatasına bu gün Mingəçevirdə yekun vurulacaq

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

Azərbaycanın sənaye müəssisəsinin mənfəəti 5 dəfə azalıb

ABŞ Avropada qoşun sayını azaldır - Tramp açıqladı

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Bütün xəbərlər