Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini - "SATIR?"

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət edən vətəndaşları problemin həlli əvəzinə şikayət etdiyi tərəflə üz-üzə qoyur.

"dogruxeber.tv" Kommersant.az-a istinadən xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət edən vətəndaşın şikayəti, ərizəsi və şəxsi məlumatları şikayət olunan şirkətə ötürülür. Daha sonra vətəndaşa şikayət olunan şirkətdən "bizdən niyə şikayət etmisiniz?" kimi təhdid dolu zənglər gəlir.

02.05.2025 tarixində "Caspos" şirkətindən daxili müqavilənin pozulmasına görə şikayətçi olan vətəndaş Odər Qəni sözügedən tarixdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə yazılı şikayət edir. Şikayət ərizəsi qeydə alındıqdan 8 gün sonra ərizə qeydə alınır. Qeydə alınan ərizədən 2 gün keçdikdən sonra isə "Caspos" şirkətindən "Bizdən niyə şikayət etmisiniz ki?" dolu zənglər gəlməyə başlayır. Ərizənin qeydə alınmasına baxmayaraq, məsələ öz həllini tapmır və vətəndaş şikayət ərizəsinin sorğu nömrəsi üzrə məsələnin gedişini öyrənmək istəsə də, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçinin sualını cavablandırmır və müxtəlif əlaqə nömrələri verərək "Bu nömrə ilə əlaqə saxlayın" deyir. Məsələ burasıdır ki, verilən heç bir əlaqə nömrələri vətəndaşın telefonunu açmır.

Bu yazını poeziya ilə doldurub uzun-uzadı yaza bilərdik. Məsələ burasıdır ki, sözügedən dövlət qurumunun İctimaiyyətlə əlaqələr və maarifləndirmə sektoru da jurnalistlərin telefonuna cavab vermir. Hətta məsələ ilə bağlı 2 dəfə rəsmi mail göndərməyimizə baxmayaraq, ona da cavab ala bilməmişik. Güman edirik ki, dövlət qurumu vətəndaşları şirkətlərə satmazdan əvvəl vicdanla qərar verib, ona görə addım atar.

Qeyd edək ki, media nəzakəti olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.//mediatv.az

Oxunub: 355

Son xəbərlər

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

Azərbaycanın sənaye müəssisəsinin mənfəəti 5 dəfə azalıb

ABŞ Avropada qoşun sayını azaldır - Tramp açıqladı

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

Bütün xəbərlər