gundem / yazarlar / Mədəniyyət
29.08.2025
Nizami TƏHMƏZOV: HİKMƏT XƏZİNƏSİNƏ GEDƏN YOL // XXIX hissə

(Dövrümüzün istedadlı canlı klassik şairi Xalidə HİCRANIN 4 cildlik “HİKMƏT XƏZİNƏSİ” və “HİCRANNAMƏ“ əsərləri haqqında düşüncələrim.)
İYİRMİ DOQQUZUNCU HİSSƏ
Hissə: 1 > 2 > 3 > 4 > 5 > 6 > 7 > 8 > 9 > 10 > 11 > 12 > 13 > 14 > 15 > 16 > 17 > 18 > 19 > 20 > 21 > 22 > 23 > 24 > 25 > 26 > 27 > 28
Alıban gül üzünü, hüsnünü şəbnəm kimi qəm,
Sən zühür eylə günəştək qurusun üzündəki qəm.
***
Duyulursa qara gözlərində kədər, qüssə - qəm,
Qəmə düçar oluban, dərdini bahəm çəkərəm.
***
Özü bilməz nədi qəm, yaş axıdar nəmli gözün,
Ürəyin qəm evidir, gözləri ayna bilirəm.
***
Dəli sevdaya düşənlər, sonadək şad olmaz,
Olacaq hər nə bəla varsa onun başına cəm
***
Biləcəksən nədi gülmək, ola yanında yarın
Əgər hicranı çəkirsəm, nə deyib bir də güləm?
***
Yenə də Xalidə Hicran qəmə aludə olub,
Ömrü qəmlərlə keçir, çün gətirər qəmləri qəm.

Oxuyub qurtardıqdan sonra bir qədər fikrə getdi, dərindən köks ötürdü. Mən heç vaxt onu belə təsəvvür etməzdim. Bir uşaqlıq dostu kimi, o illəri mənə xatırladan bir isan kimi xatirini dünyalar qədər istəsəm də,` düşünürdüm ki, ədəbiyyatdan çox-çox uzaq bir adamdır.
O, dərin düşüncələr içərisində başını qaldırıb dedi:
-Mən həmişə düşünmüşəm ki, bizim qadınlarımız dünyada ən namuslu, ən qeyrətli, ən vəfalı, etibarlı və sədaqətli xanımlardır. Zavodda mənimlə yanaşı boru- prakat sexində çiyin-çiyinə işləyən qadınlar vardı, gecə- gündüz əjdaha kimi od püskürən , dəmir əridən Marten sobasının alovları qarşısında yanıb qovrulsalar da öz əhdindən, peymanından, yolundan, əqidəsindən dönməzdilər. Onlara bxıb fərəhlənsəm, qürurlansam da elə bil içimdə əziyyət şəkir, utanırdım. Çünki Martn sobası qadınlrın işi deyildi.
Düzü, təəccübümü gizlədə bilmədim
-Sağ ol, Səlim, - dedim.- Sənin belə fikirlərin də varmış. Deyəsən mən səni yaxşı tanımamışam?
O, gülümsündü:
-Sən məni harda görürsən ki ? Beş-on ildən bir görüşək, ya görüşməyək – Bir az fikrə gedib əlavə etdi. – Amma Xalidə Hicranın qəzəlləri çox xoşuma gəldi. Ordakı sözlər məni yman tutdu. Sevgilisinin gözlərindəki gədəri görən qadın ondan betər əziyyət çəkir, qəm-qüssəyə düçar olur. Dünyanın hansi qadını kefindən, damağından, gəzməyindən qalıb istədiyi adamın dərdini, ağrısını çəkər? Bu, yalnız bizim milli-mənəvı dəyərlərimizə, əxlaqımza xas olan xüsusiyyətdir.
Etiraf edim ki, Səlim getdikcə gözlərimdə yüksəlirdi. Xalidə xanımın qəzəl söhbəti olmasaydı, bəlkə də ömrümün sonuna qədər onun haqqında köhnə fikrimdə qalacaqdım. Buna gorə də Xalidə xanıma qəlbən təşəkkur edirəm.
O, mənim fikrə getdiyimi görüb özünə xas bir tərzdə gülə-gülə dedi:
-Burda bir qəzəl də var, yaman döşümə yatir, istəsən bir ğız da deyərəm?
-Hə, əlbəttə, - dedim.- Bu çox gözəl olar. Çoxdandır sənin səsini belə rahatlıqla dinləmirəm.
Gülümsündü. “ Hicrannamə”ni açıq şəkildə sol əlinə alıb, sağ əlini qulağının üstünə qoyub oxumğa başladı:

Hər nəfəs onsuz alam, canıma töhmətdi mənim,
Bu cahan, ev- eşiyim elə ki, qürbətdi mənim.
***
Nə üçün küsdü görən, ayrılığı gördü rəva?
Günahım bircə vəfa, bir də sədaqətdi mənim.
***
Yanıram eşq oduna, çəkirəm bir belə qəm,
Ümidim var ki, dönər, sirdaşım həsrətdi mənim.
***
Nə qədər dözdü ürək, bir belə də dözməlidir,
Təki dönsün, bu sözüm Allaha niyyətdir mənim.
***
Ürəyim qövr eyləyir, gör necə sürətlə vurur?
Yaşamaqçın səbəbim bir bu məhəbbətdir mənim.
***
Yanır eşqində onun Xalidə Hicran kül olur,
Çünki, onsuz yaşamaq ömrümə zülmətdi mənim.

Mənim ağlıma gəlməyəsək dərəcədə Səlim elə bir muğamat oxudu ki, onun yanıqlı, sehrli və bir az da nisgilli səsi açıq pəncərələrdən süzülüb dalğa-dalğa ətrafa yayılırdı. Yaxın qonşular hasarın ətrafına yığışıb bu eczkar səsə böyük maraq və heyranlıqla qulaq asırdılar. Elini- obasını itirmiş, öz doğma isti ocağından, ata-baba yurdundan dldərgin düşmüş bu insanların gözlərində yaş oynayırdı. Mən onun sehrli səsinin təsirindən sanki uyumuşdum. Budur, sözün, səsin möcüzəsi...
“ Hicrannamə” kitabında qəzəllərdən başqa iki qitə və 160 dan çox məsnəvi verilmişdir. Əsasən ictimai- siyasi, əxlaqi- fəlsəfi mahiyyət daşıyan və şairin hiss və həyəcanlarını, fikir və düşüncələrini, arzu və istəklərini ifdə edən qitə janrının bütün imkanlarından bacarıqla istifadə edən Xalidə Hicran, demək olar ki, bu istəklərinə nail olmuşdur. O, öz yaradıcılıq ideyasına və qayəsinə sadiq qalaraq burda da əsas mövzu insan və insan taleyidir. Klassik ədəbiyyatımızı, onun ədəbi janrlarını gözəl bilməsi Xalidə xanımın köməyinə çatmış və təsirli, yaddaqlan gözəl nümunələr yaratmışdır. Qitə də ərəb mənşəli alınma sözdür. Öz qafiyə quruluşuna görə qəzələ çox oxşayır. Xalidə Hicranın qitə janrında yazdığı nümunələrdə M.Füzulinin, İ.Nəsiminin və S.Ə.Şirvaninin təsiri aydın hiss olunur. Məhəmməd Füzulinin “ Padşahi mülk” əsəri, mən deyərdim ki, Xalidə Hicranın bu janrda qələmini sınamasına güclü təkan olmuşdur.
Xaidə Hicran siyasəti sevmədiyindən cəmiyyətdə, ölkədə və dünyada baş verən hadisələri, gedən prosesləri, narahatlıq doğuran və ictimai- siyasi mahiyyət kəsb edən məsələləri, problemləri elə şəkildə, elə formada bədii təsir vasitələri ilə elə ustalıqla şərh edib incələyir ki, oxucu istər – istəməz düşünmək zorunda qalır, oxuduqlarının fərqində olur, Mən hesab edirəm ki, bu cəhət Xalidə xanımın yaradıcılığının ən uğurlu amillərindən biridir. Əgər nəzərə alsaq ki, indiki dövrümüzdə, müsir həyatımızda klassik üslubda, o cümlədən qitə və məsnəvi janrında yazan şairlərimiz azdır və ya desək ki, heç yoxdur, onda Xalidə xanımın hansı dəyərlərə, hansı bacarığa və hansı istedada malik olduğunu asanlıqla başa düşmüş olarıq. Mən bunu tərif üçün demirəm. Yaqin kitabı oxuduqca aydın şəkildə hiss olunacaq ki, Xalidə xanımın belə təriflərə əsla ehtiyacı yoxdur. Amma haqqı da danmaq olmaz. Klassik irsimizin bizimlə birgə addımlayan canlı daşıyıcısına , onun fədakar nümayəndəsinə təşəkkürümüzü bildirməliyik.
Xalidə Hicran “ Fələyin məkrinə uysan, gedəcək bar-bərəkət” qitəsində fələyi hədəf götürərək insanın ağır, üzücü, kəşməkeşli həyatını, hər cür çətinliklərə, ağrı-acılara sinə gərərək onları yaradan şər qüvvələrə qarşı, fələyin fitnə- felinə qarşı mübarizə aparmaq əzmini təsvir edir, onlara yol göstərir. Xalidə xanım həmişə, hər zaman oxucularının yanında olduğu kimi , burda da onların xidmətindədir. Onlari ayıq- sayıq, ehtiyatlı olmağa, fələyin hər işindən baş açmağa çğırır.

Yaranandan bəri dövr etməkdədir çəxri-fələk,
İrəli, ya geriyə, tərsi- avand- hərlənərək.
***
Yıxır evlər, tikir evlər, ürəyi hər nə dilər,
İşi çoxdur fələyin, hər işə sərf etmiş əmək.
***
Dağıla öz tifaqı , biz tək üzə qəlbini dərd,
Anlayar, bəlkə necə göz yaşarar, sızlar ürək.
***
Yanıram, ağlayıram, felinə düşdüm fələyin,
Nədir insana kin, barı desin biz də bilək.
***
Başımın tacını yerden –yerə çarpmaqla qırıb,
Nə bəleydim ki, gözəl dünyama zülmət çökəcək?
***
Ürəyim qan çanağı, gözlərim ondan da betər,
Bəlkə,o, həzz alır insana səfa çəkdirərək.
***
Nədi məqsədi axı, hey verir bəndəyə zülm?
Düzələrmi bir işin yerdə , ya göydə de görək?
***
Söylə bir, sirri nədir bəndəyə zülm etməyinin,
Verərək bircə qərar, şad yaşayaq, yoxsa ölək?

Göründüyü kimi şair burda qitə janrının bütün tələblərinə oyğun olaraq dərin mənalı, gözəl bədii nümunələr yaratmış, bu və ya digər formada çox ciddi siyasi məsələlərə toxunmuşdur. Ümumiləşdirilmiş qəddar, amansız, zülmkar fələk obrazının yaratdığı haqsızlıq, özbaşınalıq, insanların hüquq və azadlıqlarının pozulması, onları öz haqlarını müdafiə etmək dərəcəsinə çatdırması və nəhayət, “ şad yaşayaq, yoxsa ölək ? “ sualı ilə üz-üzə qoyulması, onların mübarizə əzminin gücləndirməsini şərtləndirmişdir.
Xalidə Hicran yaradıcılığının böyük əksəriyyəti, deyərdim ki, mütləq əksəriiyəti ictimaı məna kəsb edən, mahiyyətində insan taleyi əks olunan mövzular təşkil edir. Formasından və janrından asılı olmayaraq bu, Xalidə Hicran poetikasının fəlsəfəsi və əsil həqiqətləridir.

“Hicrannamə” kitabında ən çox yer ayrilmış janrlardan biri də məsnəvidir. Yaddaş üçün deyək ki, Azərbaycan klassik epik şeirində ən geniş yayılmış formalardan biri olan məsnəvi ərəb sözüdür və ikilik bildirir. Məsnəvidə misraların iki-iki qafiyələnməsi şairlərə öz fikirlərini sərbəst və daha geniş şəkildə ifdə etmək imkanları verir. Təmiz, insani məhəbbətin tərənnümü, ayrılıq dərdi, hicran aləmi, vüsal arzusu, millət, vətən, torpaq sevgisi şairin məsnəvi yaradıcılığının əsas mövzularını təşkil edir. Sələflərinin yaradıcılıq yolunu ləyaqətlə davan etdirən Xalidə Hicran gözəlliyi, təmiz və pak sevgini ehtirasla tərənnüm edir, insanları, xüsusilə gənclərimizi mənəvi - əxlaqi təmizliyə çağırır. Kitabı oxuduqca aydın şəkildə hiss olunur ki, Xalidə Hicran məsnəvi janrının yaradıcılarından olan Əfzələddin Xaqaninin “ Töhvətül- İraqeyin” poemasını diqqətlə oxumuş, eləcə də Nizaminin “ Sirlər xəzinəsi”, Füzulinin “ Bangu- Badə” və Xətainin “ Dəhnamə”əsərlərini ustalıqla mənimsəmişdir. Dini – təsəvvüf, əxlaqi – öyrədici, döyüş qəhrəmanları və eşq məsnəviləri məhz bu cür gərgin mütaliənin və narahat yaradıcılıq axtarışlarının bəhrəsidir. Məşhur tənqidçi dostumuz, filologiya elmləri doktoru Vaqif Yusifli Azərbaycan şeirinin üç atributu olduğunu göstərmişdir : İNSAN, SEVGİ və TƏBİƏT. Bu atributlar Xalidə xamımın yaradıcılığının fəlsəfəsini təşkil eydiyi kimi, məsnəvi janrında yazılmış şeirlərin də əsas qayəsinə çevrilmişdir. Demək olar ki, hər bir şeirdə bu dəyərlərin ən gözəl nümunələrinə rast gəlmək olar.
Xalidə Hicranın məsnəvi yaradıcılığı ilə yaxından tanış olduqdan sonra belə qənaətə gəldim ki, o, həm də bir tale şairidir. Mənim bu qənaətim, əlbəttə, yalnız məsnəvilərlə bağlı deyil, yaranmış ümumi bir fikirdir. Çünki sevimli həyat yoldaşını vaxtsız itirməsi istər- istəməz onun yradıcılığına təsir göstərmiş, şeirlərində bu ağrı, bu həsrət öz əksini tapmışdır. Aşağıdakı məsnəviyə diqqət yetirək:

Sənsiz, ey yar, yaşayır sevdiyin aşiq hələ də,
Yoxdur qəmsiz keçən anı, sevinib bir gülə də.
***
Günü- gündən soluxan bir gülə bənzər bənizi,
Üzü qapqara bulud, gözləri bir qəm dənizi.
***
Calasan günləri bir-bir , o günə çatmaz əlin.
Yada düşməkdədir hər bir sözün,hər bir əməlin.
***
Yaşamaq oldu zülüm, sənsiz ona yoxdu həyat,
Gəl özün yarını gör, eşqi dirilt, şövqü oyat.
***
Əl uzat bir ona, təskinlik üçün söz de barı,
De ki, bir gün gələrəm, sən sona qoy intizarı.
***
Elə gün yoxdu ki, ismin çıxa yaddan, unuda,
O pərişan halı görsən, qınayarsan onu da.
***
Elə ismində qalıb qəmlərə, hicrana düçar,
Özü Hicranı sevib, qəlbi də Hicranı arar.

Əlbəttə, bunu yalnız şairin şəxsi hissləri, ağrıları əzab və iztirabları kimi başa düşmək düzgün olmazdı. Burda öz sevgisini, istəkli ömür- gün yoldaşını vaxtsız itirmiş, onun yoxluğu ilə barışmayan, hər əzab- əziyyətə qatlaşan, öz sevgisi, məhəbbəti, sədqəti, etibarı və yüksək əxlqi- mənəvi dəyərləri ilə hər kəsə nümunə olacaq bir Azərbaycan qadının obrazı verilmişdir. Mən bunu böyük fəxr və qürurla deyə bilərəm ki, belə mənəvi zənginlik və insani dəyərlər məhz bizim xalqa məxsusdur. Mən nə millətçi, nə də kosmopolitəm. Sadəcə görduyüm, duyduğum, bildiyim həqiqətləri deyirəm. Bu bir həqiqətdir ki, bizim xalqımız , millətimiz belə dəyərlər üzərində formalaşıb bütün millətlərə nümunə olacaq səviyyəsinə yüksəlmişdir. Bizdə inam, etibar, sədqət, bir sözlə, milli- mənəvi dəyərlər hər zaman olduğu kimi indi də qorunub saxlanmaqdadır. Aşağıdakı beytə nəzər salaq:
Külli aləm yığıla, bir sənə tay görməz, inan,
Danışıb- gülməz o yarın, qəmi ötmür ki, zaman.