AZƏRBAYCAN GÖMRÜKÇÜLƏRİNİN DAHA BİR "GÖRMƏMƏZ" LİYİ – Naxçıvan gömrüyündən maneəsiz keçən narkotik

DogruXeber.tv: - Naxçıvandan Türkiyəyə aparılan külli miqdarda heroin Dilucu Gömrük Məntəqəsində ələ keçib.

Hurriyyet.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, dəyəri 10 milyon TL (təqribən 410 min AZN) olan narkotik İğdır Dilucu Gömrük Mühafizə, Qaçaqmalçılıq və Kəşfiyyat Müdirliyi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində aşkar olunub.

Məlumata əsasən, narkotiklər Azərbaycan Respublikasına məxsus 23-BM-910 / 75-ZA-119 dövlət nömrə nişanlı qoşqulu yük maşınının ehtiyat təkərində gizlədilibmiş. Rəsmi açıqlamaya əsasən, gömrükçülər tərəfindən yük avtomobilində aparılan risk analizi zamanı şübhəli maddə olduğu bilinib. Gömrük Mühafizə qrupları maşını rentgen müayinəsindən keçirildikdə içərisində şübhəli konsentrasiyalar aşkar edilib.

Daha sonra həmin əraziyə gətirilən “Narkotik detektoru” olan it də yük maşınına reaksiya verib və nəticədə ətraflı axtarış aparılıb. Bundan sonra yük maşınının ehtiyat təkərinin içərisində alüminium folqaya bükülmüş 5 ayrı çanta tapılıb. Çantalarda ümumi çəkisi 4,980 qram (təxminən 5 kiloqram) heroin olduğu müəyyən edilib.

Müsadirə edilən narkotiklərin hazırkı bazar dəyərinin təxminən 10 milyon 650 min türk lirəsi (təqribən 410 min AZN) olduğu təxmin edilir. Narkotikin İrandan gətirildiyi və Naxçıvan üzərindən Türkiyəyə keçirilməsinə cəhd olunduğu bildirilir.

Məlum hadisədən sonra yük maşınının sürücüsü, xarici ölkə vətəndaşı (Azərbaycan vətəndaşları olduqları güman edilir – red.) A.M. və avtomobilin sahibi Z.İ. narkotik qaçaqmalçılığı ittihamı ilə saxlanılıb. Onlar məhkəmə tərəfindən tutularaq həbsxanaya göndərilib.

“Bu uğurlu əməliyyat Dilucu Gömrük Mühafizə qruplarının ölkəyə narkotik vasitələrin keçirilməsi cəhdlərinə qarşı yüksək həssaslığını bir daha nümayiş etdirdi”, - deyə rəsmi açıqlamada vurğulanır.

AZƏRBAYCAN GÖMRÜKÇÜLƏRİNİN DAHA BİR "GÖRMƏMƏZ" LİYİ – Naxçıvan gömrüyündən maneəsiz keçən narkotik

Son xəbərlər

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Xəzərdə zəlzələ olub

Avro və rubl bahalaşdı

Xarici qüvvələr ərazimizə yaxın olduqları müddətdə risk altındadırlar -Əraqçi

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Onların məhkəməsi başlayır

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Tedesko yeni komandasında imzasını atdı

Hikmət Hacıyev: “Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib”

Bakının bu ərazisində göl daşdı, həyətlər çirkab su ilə doldu

AMB rəsmisi: Azərbaycan ödəniş əməliyyatlarında yeni zirvələrə çatıb

Rusiya müharibənin bitmə şərtini açıqladı

ABŞ məhkəməsi Trampın "H-1B" vizaları üçün müəyyən etdiyi 100 min dollarlıq rüsumu ləğv edib

İşləyənlərə əlavə pul veriləcək - Yeni qaydalar açıqlandı

10 məşhurun narkotik testi müsbət çıxdı

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

İmamoğlu və Özəl silindi...

Yol tikintisi apararkən 13 min torba qızıl tapdılar

Bakının iki rayonunda işıq olmayacaq

“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA

Özbəkistanda təxminən 19 500 xarici investisiyalı müəssisə qeydiyyata alınıb

Pensiya və sosial müavinətlərə bağlı yenilik

Sumqayıtda evdə meyit tapıldı

Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam

ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi

“Azərişıq” ASC Lerikin ən ucqar dağ kəndlərində elektrik şəbəkəsini yeniləyir

Bütün xəbərlər