“Buta” aptekdə vaxtı keçmiş dərman satılır? -Video

Vitamin kompleksini qəbul edən vətəndaş xəstəxanalıq olub.

DogruXeber.tv: - Xezerxeber.az-ın məlumatına görə, o iddia edir ki, həkim məsləhəti ilə vitamin kompleksi almaq üçün paytaxtdakı apteklərdən birinə yaxınlaşıb və iki ədəd vitamin alıb. İlk istifadədən səhhətinin pisləşdiyini görən vətəndaş dərmanın etiketini açıb. Məlum olub ki, etketin altında bir etket də var. Bu etiketdə dərmanın istifadə müddətinin bitdiyi qeyd olunub. Digərində isə yeni tarix, yeni gün yazılıb.

“Xəzər Xəbər”in vatsap qaynar xəttinə müraciət edən vətəndaş Elvin Əliyev iddia edir ki, həkim məsləhəti ilə aldığı vitamin kompleksinin yararlılıq müddəti bitsə də, qablaşdırmanın üzərindəki tarix dəyişdirlib.

O deyir ki, həmin vitamin kompleksindən istifadə etdikdən sonra səhhəti pisləşib və xəstəxanalıq olub.

İddialara aydınlıq gətirmək üçün sözügedən vitamin kompleksinin satıldığı aptekə yollandıq.

“Buta” farm şirkəti Cənubi Koreya istehsalı olan “Multivita” dərman vasitəsinin üzərində yer alan “26.07.22” tarix yazılışı ilə bağlı iddialara aydınlıq gətirib. Qeyd olunub ki, Cənubi Koreyada rəsmi tarix formatı “gün – ay – il” deyil, əksinə “il – ay – gün” formatlarında istifadə olunur. Bu halda məhsulun istehsal tarixi “26.07.22”, son istifadə müddəti isə 22 iyul 2026-ci il olaraq qeyd olunub. Bu format beynəlxalq və Koreya sənədlərində təsdiqlənib.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən isə bildirldi ki, qeyd olunan məsələ ilə bağlı araşdırma aparılması üçün vətəndaşın bu mərkəzə rəsmi qaydada müraciət etməsi zəruridir.

Müraciət daxil olduqdan sonra məsələ qanunvericiliyə uyğun olaraq araşdırılır və zərurət yarandığı halda plandan kənar yoxlama həyata keçirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

VİDEO: https://t.me/olke_ve_dunya_gundemi/25139

Son xəbərlər

Şamaxıda dəhşət: kürəkəni tərəfindən öldürüldü

“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib

İyul ayının pensiyaları ödənildi

Əliyev bizim regionda gərginliyin azaldılmasına töhfə verib

Azərbaycanda bu şəxslər 1500 manatadək cərimələnəcək

Balıqçılıq məhsullarının yeni satış qaydası

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Yarımfinalda nəhənglər meydana çıxır...

"Atom bombası hazırlamağın vaxtı çatıb" - İranlı parlamentari

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi başlanır

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? –ŞOK detallar

İlham Əliyev Slovakiya Prezidenti ilə təkbətək görüşdü

Meksikada güclü zəlzələ

İran Hörmüzdə tankerlərə atəş açıb, ölən var

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb

21 yaşlı gənc ürəyindən bıçaqlandı

Bakının bəzi ərazilərində işıq olmayacaq

Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - 14.07.2026

Danışıqlara başlamağın vaxtıdır - Merz

“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar

Hava xəbərdarlığı: leysan olacaq, dolu düşəcək

Rusiyada Aİ-95 markalı benzinin qiyməti 24% artıb

ADY-nin NFC ödəniş sistemi sərnişinlərə problem yaradır - Narazılıq

Sabah son iclas olacaq, deputatlar tətilə çıxacaq

Dövlət şirkətində kütləvi ixtisar – 90-a yaxın işçi işini itirdi

3 gündür universitet kampusunda qalan tələbələr belə xilas edildi

Hikmət Hacıyev Şuşada "Tiktok" və "Linkedin"in məsul şəxsləri ilə uşaqların onlayn qorunması məsələlərini müzakirə edib

Layihələndirilən aqrar müəssisələr üçün YENİ ÖHDƏLİKLƏR müəyyənləşir

Oğuzda 28 yaşlı şəxsin meyiti tapıldı

Bütün xəbərlər