“İnterpol”un həbs etdiyi Ədilovun cinayət dosyesi - "Zavodu satıb yoxa çıxdı"

Bu gün, oktyabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində Qədim Ədilovun cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

"DogruXeber.tv" Musavat.com -a istinadən xəbər verir ki, hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən ötən 2 iclas Qədim Ədilovun vəkilinin iştirak etməməsi səbəbi ilə təxirə salınıb.

Bu isə iş üzrə zərərçəkənlərin kəskin etirazına səbəb olub.
Hakim sonuncu prosesdə bildirib ki, növbəti dəfə -yəni bu gün keçirilən prosesdə vəkil iştirak etməyəcəyi təqdirdə müvafiq addımlar atılmaqla proses davam etdiriləcək.

Qədim Ədilov 30-a yaxın Azərbaycan vətəndaşına qarşı külli miqdarda dələduzluqda ittiham olunur.

2021-ci ildə ondan 17 vətəndaş Baş Prokurorluğa şikayət edərək dələduzluqla külli miqdarda vəsaitlərinin ələ keçirildiklərini bildiriblər.

Həmin şikayət üzrə cinayət işi davam etdiyi bir vaxtda Qədim Ədilov Gəncə şəhər sakini Nəsrulla Cəfər oğlu Nəzərova qarşı da dələduzluq edib. Onun etibarından sui-istifadə edərək Qədim Ədilov sonuncuya məxsus milyonlarla dəyəri olan asfalt zavoduna müştəri tapacağına və satacağına söz verib. Bunun üçün zavodu etibarnamə ilə öz adına dövr etdirib. Sonra isə Nəsrulla Nəzərovdan xəbərsiz zavodu sataraq aradan çıxıb. Zərərçəkənlər deyirlər ki, əlavə olaraq Qədim Ədilov Nəsrulla Nəzərovun 10 minlərlə manat nağd pulunu da dələduzluq yolu ilə mənimsəyib.

2022-ci ildə isə Qədim Ədilov “İnterpol” vasitəsi ilə axtarışa verilməmişdən cəmi 1-2 ay əvvəl Anar Akif oğlu Məmmədov və partnyorlarının etibarını imtahana çəkib. Onlardan 612 min manat pul alandan sonra Qədim Ədilov əvvəl Türkiyəyə, oradan isə Rusiyaya keçib. “İnterpol” xətti ilə Rusiyada həbs olunan Qədim Ədilov 2024-cü ilin oktyabrında Azərbaycana təhvil verilib. Qədim Ədilovun qaçıb gizləndiyi Rusiya ərazisində həbsi zərərçəkənlərin bu ölkənin hüquq-mühafizə orqanlarına müvafiq müraciətlərindən sonra mümkün olub. Belə ki, həmin ilin fevralında iş üzrə zərərçəkmiş şəxslərdən Xaləddin Yusibov Rusiya Daxili İşlər Nazirliyinin Kaluqa Vilayəti üzrə İdarəsinə rəsmi məktubla müraciət edib. Bundan 5 gün sonra Qədim Ədilov qaçaq həyatı yaşadığı Kaluqa vilayəti ərazisində müəyyən edilərək həbsə alınıb.

26 fevral 2024-cü ildə həbsə alınan Qədim Ədlilov elə həmin gün təcridxanaya yerləşdirilib. Bu haqda onun barəsində beynəlxalq axtarış elan etmiş Azərbaycan hüquq-mühafizə orqanlarına, zərərçəkənlərə də məlumat verilib.

Zərərçəkən Şahin Aslanov demişdi ki, Qədim Ədilov yüksək dələduzluq, inandırma qabiliyyətinə malikdir: “O, Rusiyanın Sverdlovsk vilayətindəki Serov şəhərində taxta emalı ilə məşğul olan, həmin şəhərdə Azərbaycan diaspora təşkilatının rəhbəri Mirhəbib Ağalarovu inandırıb ki, özünün rəhbəri olduğu “Azəri AQA” firması böyük çapda taxta idxalçısıdır. O, bu firma ilə Ağalarova məxsus “Aziz” firması arasında üçüncü firmalara və şəxslərə taxta göndərmək haqda çoxsaylı müqavilələr imzalayıb. Sonra həmin firmalar adına sənədlər rəsmiləşdirib. Lakin sonra deyib ki, o firmalardan pul ala bilmirəm. Sənədləri ləğv et, malı mənim öz firmama vur.

Mən ancaq sonradan başa düşdüm ki, o, mənim sənədlərimdən istifadə edib millətdən para toplayırmış. Mənə cəmi bir-iki dəfə xırda məbləğdə ofşor firmalar üzərindən pul göndərdi.

Əvəzində isə 200 min dollardan artıq malımı aparıb pulumu vermədi. Pulu mənə nə üçün rəsmi deyil, ofşordan göndərdiyini soruşanda, dedi ki, mən Azərbaycanda vergi vermirəm. Başa düşdüm ki, bu, həm vergidən yayınır, həm də dələduzluq edir.

Əməkdaşlığı dayandırıb pullarımı tələb etməyə başladım. Lakin o, pulumu vermək əvəzinə məni Azərbaycanda məhkəməyə verdi ki, guya mən ona borcluyam. Amma yalan ayaq tutar, yeriməz. Məhkəmədə sübut edildi ki, bu, hoqqabaz və dələduzdur. Həbs olunanda çox sevindim ki, nəhayət, haqlı cəzasını çəkəcək”.

Oxunub: 244

Son xəbərlər

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

"Prezident Kuboku 2026" beynəlxalq reqatasına bu gün Mingəçevirdə yekun vurulacaq

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

Azərbaycanın sənaye müəssisəsinin mənfəəti 5 dəfə azalıb

ABŞ Avropada qoşun sayını azaldır - Tramp açıqladı

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

Bütün xəbərlər