Nizami rayonunda ÖZBAŞINALIQ DAVAM EDİR... - Sakinlər narazıdır

DogruXeber.tv: - Bakı şəhəri Nizami rayonu R. Teymurov və Şərifli küçələrinin kəsişməsində yerləşən 2593-cü məhəllənin sakinləri iş adamları Radik Hümbətov və Yusif Hümbətovdan şikayət edirlər.

Şikayətçilərin Referans.az-a dediklərinə görə adı çəkilən Hümbətovlar "Ailə" şadlıq sarayının sahibləridirlər. Hazırda onlar 2593-cü məhəllənin ərazisində, fərdi yaşayış evlərinin yaxınlığında qazıntı, tikinti işlərinə başlayıblar. Sakinlər iddia edirlər ki, inşaat tikinti norma və qaydalarına zidd olaraq aparılır.

Beləki, qaydalara əsasən təyin olunmuş müəyyən ara məsafələri gözlənilmir. Tikinti işləri mövcud yaşayış evlərinə çox yaxın-1.5 metr məsafədə beton svaylar vurulmaqla aparılır ki, bu da fərdi evlərə ciddi ziyan vura bilər. Vətəndaşlar həmçinin yaxınlıqda tikiləcək binadan gələcəkdə onların evlərinin içinin əlçatan olacağından, gözlə görünəcək dərəcədə yaxın olacağından da narahatdırlar. Tikinti obyektində heç məlumat lövhəsi də vurulmayıb.

İndiyə kimi Nizami Rayon İcra Hakimiyyətinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Fövqəladə Hallar Nazirliyinə müraciət etsələr də problemin həlli istiqamətində heç bir iş görülməyib.

Biz redaksiyanın adından məsələni əlaqədar təşkilatlarla araşdırmaq istədik. Tikintini aparan şirkətin rəhbəri bizə Musa adlı bir şəxsin mobil telefon nömrəsini verdi. Dedi ki, bu şəxs Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşıdır. Yəni, məsələdən agahdır. Musa müəllimə zəng vurduq. Dedi ki, bu mənim şəxsi nömrəmdir. Ona görə də buradan heç kimə heç nə deyə bilmərəm. Bunu bildirib telefonu üzümüzə qapadı.

Ardınca Nizami İcra Hakimiyyətinə zəng etdik. Oradan məsələdən xəbərsiz olduqlarını bildirib, şikayətçi sakinlərlə əlaqə yaratmaq üçün telefon nömrələrini istədilər. Biz də təqdim etdik. Lakin hələ də sakinlərə nə zəng olunub, nə də gəlib maraqlanan olmayıb. Qısa şəkildə ifadə etsək, özbaşınalıqdır. Paytaxtda tikinti aparılır, amma adını çəkdiyimiz dövlət qurumları guya bundan xəbərsizdirlər. Eybi yox, indi biz xəbərdar edirik. Görək bundan sonra necə olacaq.(Referans.az)

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər