Astaranın toxunulmaz icra başçısı... - GÖRÜNƏNİ BUDUR...

Dogruxeber.tv: - Astara Rayon İcra Hakimiyyəti rayondaxili yolların əsaslı təmiri ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo-nun məlumatına görə, hər dəfə olduğu kimi bu dəfə də tenderin qalibi "Elnur-2” İstehsalat Kommersiya Şirkəti seçilib. Daxili yolların əsaslı təmir işlərinə görə şirkətə 526 972,66 manat ödəniləcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Elnur-2” İstehsalat Kommersiya Şirkətinin 28 avqust 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1,6 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57-də yerləşən şirkətin qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğludur.

Açıq mənbələrdə barəsində heç bir məlumat olmayan "Elnur-2” İstehsalat Kommersiya Şirkəti "tender kralı” kimi tanınır. Bu da səbəbsiz deyil. Şirkət birqayda olaraq cənub bölgəsində yerləşən rayonların yerli qurumlarının tenderlərini qazanır. Bu sırada Astara Rayon İcra Hakimiyyətinin adını xüsusi vurğulamaq lazımdır.

Şirkət cari ildə artıq ikinci dəfədir ki, Astara Rayon İcra Hakimiyyəti avqust ayından yekunlaşan bundan əvvəlki tender də daxili yolların əsaslı təmiri ilə bağlı keçirilib. Bu tender üzrə şirkətin qiymət təklifi 534 160,44 manat olub. Beləliklə, "Elnur-2” İstehsalat Kommersiya Şirkəti 2025-ci ildə Astara Rayon İcra Hakimiyyətindən 1 061 133,10 manatlıq sifariş alıb.

Astara Rayon İcra Hakimiyyəti ötən il də yolların əsaslı təmiri ilə bağlı iki tender keçirib və bu müsabiqələrin də qalibi "Elnur-2” İstehsalat Kommersiya Şirkəti olub. Tərəflər arasında ümumi dəyəri 703 589,59 manat təşkil edən satınalma müqavilələri imzalanıb.

2023-cü ildə isə Astara Rayon İcra Hakimiyyəti ilə "Elnur-2” İstehsalat Kommersiya Şirkəti ilə 527 723,35 manatlıq, 2022-ci ildə isə 534 184,7 manatlıq satınalma müqaviləsi imzlanıb. Hər iki müqavilə yolların əsaslı təmiri ilə bağlı olub. Beləliklə, şirkətə 4 ildə 2 milyon 826 min 630 manat 74 qəpik ödənib.

Astara Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderlərdə birqayda olaraq "Elnur-2” şirkətinin qalib seçilməsi bu müsabiqələrin şəffaflığına şübhələri artırır. Maddi-texniki bazası barədə heç bir məlumat olmayan, 1,6 manatlıq "Elnur-2” yol təmirində ixtisaslaşmış digər şirkətlərdən hansı özəllikləri fərqlənir ki, hər dəfə Astara Rayon İcra Hakimiyyətinin tenderlərində qalib seçilir? Bu sualın cavabı açıq qalır.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevdir. O, 2012-ci ildə rayona rəhbərlik edir. Qəzənfər Ağayevin icra başçısı kimi karyerası isə 2005-ci ildən başlayır. O, 2005-2006-cı illərdə Yardımlı, 2006-2012-ci illərdə isə Masallı rayonunun icra başçısı vəzifəsində çalışıb.

20 ildir icra başçısı olan Qəzənfər Ağayevin fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın olduğu iddia edilir. Mediada da rast gəlinən bu iddialar indiyədək təkzib olunmayıb.
Tarix: Bu gün, 11:

Son xəbərlər

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü - Video

“Brent” ucuzlaşdı

Növbəti köç karvanları yola salındı

Yaponiyada zəlzələnin maqnitudası 7,2-yə yüksəldildi

Bütün xəbərlər