İmişlidə örüş sahələrinin icarəsi ətrafında qalmaqal: Deputatla bağlı iddialar kəndi ayağa qaldırdı

DogruXeber.tv: - Azərbaycanın qanunları yetərincə möhkəmdir, amma həmin qanunları icra edənlərdə yaranmış qüsurlar hüquqi sistemi içəridən çürüdən əsas faktora çevrilib. Dünənə qədər pafoslu çıxışlarla özünü xalqın dərdini deyən “xalqa yaxın deputat” kimi göstərən bəzi şəxslər bu gün real əməlləri ilə tam əksini sübut edirlər. Aşağıda təqdim olunan faktlar da göstərir ki, bəzi məmurlar tribunada gurultu salmaqla məşğul olduğu halda, arxada xalqın torpağını və hüququnu mənimsəmək üçün bütün yolları sınaqdan keçirirlər.

Mövzu İmişli rayonunun deputatı Razi Nurullayev haqqındadır. Kənd sakinlərinin iddiasına görə, deputat özünü ağıllı hesab edərək çirkin oyunu köməkçilərindən birinin atasının adına qurub. Həmin şəxs — Qulubəyli kənd sakini Yavər Süleymanov — psixoloji xətt üzrə əlilliyi olduğu iddia olunan bir vətəndaşdır. Maraqlıdır ki, bu qədər böyük, məsuliyyətli və hüquqi cəhətdən ciddi bir işi məhz belə bir şəxsin öz təşəbbüsü ilə edə bilməsi nə qədər ağlabatandır?

VİDEO: https://www.facebook.com/share/v/1BQt8UjvfV/

Məlumata görə, 2025-ci il 12 apreldə Muradallı kənd bələdiyyəsi Yavər Süleymanovun adına 20 hektardan çox örüş sahəsini 2040-cı ilə qədər icarəyə verib. Halbuki bu torpaq kənd camaatının ümumi istifadəsində olan örüş sahəsidir. Bu ərazidə isə deputatın “biznes layihəsi” sayılan heyvan bazarı tipli tikililər inşa olunur.

Daha acınacaqlı məqam: həmin ərazidə qırmızı kitaba düşmüş yüzlərlə yulğun ağacının məhv edilməsi iddia olunur və buna görə Ekologiya Nazirliyi tərəfindən inzibati protokol tərtib edildiyi bildirilir. Yəni həm təbiətə zərər vurulur, həm də torpaq təyinatı kobud şəkildə pozulur.

Bələdiyyə sədrinin rolu isə ayrıca sual doğurur. Sabiq bələdiyyə sədri Seymur Xudiyev bu ərazidə çəkilişlər aparıb öz şəxsi sosial hesablarında paylaşım edib. Media araşdırmaları göstərir ki, Seymur Xudiyev Razi Nurullayevin seçki kampaniyasında fəal iştirak edən şəxslərdən biri olub. Yəni əlaqələr və maraqlar zəncirinin təsadüfi olmadığı açıq-aşkar görünür.

Deputat isə bütün bunlara baxmayaraq, efirlərə çıxıb “fermaların ona aidiyyəti yoxdur” deyə bildirir. Halbuki bu cür açıqlamalar keçmiş Gəncə icra başçısı Elmar Vəliyevin korrupsiya sxemlərini xatırladır. O da əmlaklarının bir hissəsini sürücülərinin və texniki işçilərinin adına rəsmiləşdirirdi. Sanki Azərbaycanda köhnə ssenarilərin yeni aktyorlarla davam etdirildiyi bir mənzərə yenidən təkrarlanır.

Digər tərəfdən qeyd olunur ki, deputatın iki köməkçisindən biri — daim yanında olan və rəsmi köməkçi kimi qeyd edilən, yaxın günlərdə dünyasını dəyişmiş Murad Alışov, deputatın doğma bacısı oğlu olub. Bu da bölgədə kadrların necə şəxsi əlaqələr və yaxınlıq əsasında formalaşdığını göstərən nümunələrdən biridir.

Nəticə olaraq: ortada gün kimi aydın olan qanunsuzluq varkən, deputatın özünü “xalq qəhrəmanı” kimi təqdim etməsi artıq cəmiyyət tərəfindən ironiyaya çevrilib. Kənd sakinlərinin örüş sahəsinin mənimsənilməsi, təbiətə ağır zərər verilməsi, psixoloji xətt üzrə əlilliyi olan bir şəxsin adından istifadə olunması və bələdiyyənin bu prosesə “səssiz” şəkildə dəstək verməsi — bütün bunlar hüquqi dövlət anlayışına açıq təhqirdir.

Ədalət tribunada deyil, əməldə olur. Əgər əməldə qanun pozulur və məsuliyyət “əlillik statuslu vətəndaşın” üstünə atılırsa, bu artıq təkcə korrupsiya deyil — həm də insanlıq və vicdan böhranıdır.

Müəllif: Kamal Əsgərov
"DogruXeber.tv" informasiya portalının rəhbəri

Oxunub: 201

Son xəbərlər

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək

“Brent” nefti bahalaşıb

ABŞ Venesuelaya Maduro üçün hüquqi xidmətlərin haqqını ödəməyə icazə verib

Ranyeri vəzifəsindən ayrıldı

Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı

“Sənətkarlar üçün qəbiristanlıq yaradılsın” – Xalq artisti

Afrikada amerikalı milyarderi fillər tapdalayıb öldürdülər

Gənc samboçumuz Avropanı fəth etdi

Şagirdin bu gün ehtiyacı olan SEVGİDİR

Cənubi Qafqazda yeni güc balansı və infrastruktur rəqabəti - Azərbaycan önə çıxır

Rabitəbankdan sahibkarlar gününün 10 illiyinə özəl mikrokreditlər üzrə “10% daha sərfəli” kampaniyası

Baş prokuror İran səfirini qəbul edib

Aİ liderləri yeni maliyyə resurslarının tətbiqinə geniş dəstək ifadə ediblər

Dağıstan və Çeçenistanda genişmiqyaslı torpaq sürüşmələri baş verə bilər

Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib

Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb

70 yaşlı kişini lüks avtomobili ilə DƏFN ETDİLƏR

Xarici media nümayəndələri Zəngilan rayonunun Ağalı kəndinə səfər ediblər

Dövlət Xidməti Sabirabadda vətəndaş qəbulu keçirdi

Bütün xəbərlər