“AzerGold” QSC-də Sudan Respublikasının ölkəmizdəki səfiri ilə görüş keçirilib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov Sudan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafa ilə görüş keçirib.

"DogruXeber.tv" qeyd edir ki, Z. İbrahimov qonaqları salamlayaraq, Mentorluq Proqramı çərçivəsində görüşdə iştirak edən “Yüksəliş” müsabiqəsinin qalibləri Aslan Həsənli və Rüfət Məmmədxanlını təqdim edib. Sədr dövlət başçısının müvafiq sərəncamı ilə təsis edilən “Yüksəliş” müsabiqəsinin ölkədə istedadlı və idarəetmə potensialı olan gənclərin aşkara çıxarılması və inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Müsabiqənin iştirakçılara bilik və bacarıqlarını qiymətləndirmək, liderlik keyfiyyətlərini təkmilləşdirmək və peşəkar şəbəkələrini genişləndirmək imkanı yaratdığı qeyd edilib.
İdarə Heyətinin sədri ölkəmizdə həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar, əlverişli investisiya mühiti və dağ-mədən sənayesinə göstərilən dövlət dəstəyi nəticəsində “AzerGold” QSC-nin fəaliyyət istiqamətləri üzrə mühüm nailiyyətlər, geniş təcrübə əldə etdiyini bildirib. Sədr mineral resurslarla zəngin ölkələrlə beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərdən danışaraq, xüsusən Mərkəzi Asiya və Afrika regionlarının “AzerGold” QSC üçün strateji maraq dairəsində olduğunu diqqətə çatdırıb.

“AzerGold” QSC-də Sudan Respublikasının ölkəmizdəki səfiri ilə görüş keçirilib

Səfir Ənəs Eltayeb Elqaylani Mustafa Sudanın Azərbaycanla müxtəlif sahələrdə, xüsusilə dağ-mədən sənayesi sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. O, ölkəsinin qızıl və mis kimi zəngin filiz ehtiyatlarına və geniş ixrac potensialına malik olduğunu deyib. Səfir əlavə edib ki, Sudan hökuməti bu potensialın səmərəli şəkildə dəyərləndirilməsi üçün xarici tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlığa xüsusi önəm verir.

Tərəflər görüşü ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində atılmış müsbət bir addım kimi dəyərləndirib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Sumqayıtda dostlar arasında dava: bıçaqlanan var

Səmanın yeni ovçusu - “Dəmir arı” dövrü başladı

Avstraliya Ukraynaya silah tədarükü üçün əlavə 70 milyon dollar ayıracaq

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Bütün xəbərlər