Zakir İbrahimov İtaliyanın ölkəmizdəki səfiri ilə görüşüb

"dogruxeber.tv" xəbər verir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov iyulun 24-də İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri ilə görüşüb.

Görüşdə Azərbaycan-İtaliya münasibətlərinin zəngin tarixə malik olduğunu, dostluq və qarşılıqlı hörmətə əsaslandığını qeyd edən Z.İbrahimov iki ölkə arasında bütün sahələrdə olduğu kimi, iqtisadi əməkdaşlığın da yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.

İdarə Heyətinin sədri “AzerGold” QSC-nin fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər, QSC-nin strateji planları və dağ-mədən sektorunda görülən işlər haqqında danışıb. Z.İbrahimov Daşkəsən dəmir filizi yataqlarının istismarı, dəmir filizinin istehsalı
zəncirinin təşkili üçün müvafiq istehsalat infrastrukturunun qurulması layihəsi çərçivəsində dünyada patent texnologiyaya malik əsas təchizatçılardan hesab edilən İtaliyanın tanınmış “Danieli” şirkəti ilə danışıqların aparıldığını qeyd edib. Dəmir filizi istehsalı çərçivəsində son məhsul olaraq HBİ (hot briquetted iron – isti briketləşmiş dəmir) xammalının istehsalının planlaşdırıldığını deyən Z.İbrahimov gələcəkdə daxili bazarın tələbatı ödənilməklə bu məhsulun İtaliya və digər Avropa ölkələrinə ixracının da mümkünlüyünə toxunub. HBİ xammalının istehsalının daha ekoloji təmiz texnologiya əsasında təşkili istiqamətində fəal çalışmaların davam etdiyini qeyd edən İdarə Heyətinin sədri Avropada istehsalatda ətraf mühitə təsirlərlə bağlı tətbiq edilən qanunvericiliyinin tələblərini nəzərə alaraq, Azərbaycanın bu məhsuluna böyük marağın yaranacağına ümid etdiyini bildirib.
Eyni zamanda İdarə Heyətinin sədri yeni mədənlərin işə salınması, o cümlədən kəşfiyyat, texniki-iqtisadi əsaslandırma, layihələndirmə, tikinti və istismar mərhələləri barədə geniş məlumat verib və bu mərhələlərdə də ixtisaslaşmış İtaliya şirkətləri ilə
əməkdaşlığa hazır olduqlarını qeyd edib.

Bildirilib ki, QSC hazırda 3 mədən layihəsi – “Çovdar”, “Mərəh” və “Tülallar” qızıl yatağının istismarını, eləcə də 1 dəmir filizi yatağı – “Cənub-şərq” mədəninin işlənməsini həyata keçirir. Paralel olaraq Naxçıvan Muxtar Respublikası, Kəlbəcər və Balakən
rayonlarında mövcud qızıl, mis və digər əlvan metal sahələrində müxtəlif mərhələlərdə olan kəşfiyyat və tədqiqat işlərinin davam etdirildiyi diqqətə çatdırılıb.

Öz növbəsində, Azərbaycanın İtaliya üçün vacib tərəfdaş olduğunu qeyd edən Klaudio Taffuri ölkəsinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mühüm rol oynadığını bildirib. İki ölkə arasında əməkdaşlığın yeni istiqaməti kimi, dağ-mədən sahəsində müştərək fəaliyyətin yaradılması ilə bağlı fikir mübadiləsinin aparılmasının vacibliyi qeyd edən səfir “AzerGold” QSC-nin hasilat və istehsalat fəaliyyəti ilə tanış olmaqda maraqlı olduğunu dilə gətirib. Bu xüsusda yaxın aylarda QSC-nin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə tanışlıq səfərinin təşkili ilə bağlı razılıq əldə edilib.

Görüşdə, həmçinin digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Son xəbərlər

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Bütün xəbərlər