Cəmil Həsənlinin ölkədən çıxışına qadağa qoyuldu – DTX-yə çağırıldı

Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli Azərbaycandan qaçmaq istəyib.

DogruXeber.tv” xəbər verir ki, o sosial şəbəkədə bildirib ki, bu gün guya “qızının ailəvi tədbiri ilə bağlı” həyat yoldaşı ilə Dubaya getmək istəyirmiş.

Lakin aeroportda ona ölkədən çıxış məhdudiyyəti tətbiq edildiyini öyrənib.

Cəmil Həsənlinin həyat yoldaşı ölkəni tərk edib.

Maraqlıdır ki, dünən Milli Şuranın üzvü, AXCP sədri Əli Kərimli və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin evində axtarış aparılıb, daha sonra onlar DTX-də dindiriliblər.

Məlumata görə, proses Ramiz Mehdiyevin DTX-də istintaq olunan cinayət işi ilə əlaqədardır.

Digər məlumata görə, dünən axşam saatlarında Milli Şuranın daha bir üzvü Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb və Azərbaycana deport olunmaq üçün İstanbul Arnavutköy miqrasiya məntəqəsinə aparılıb.

Maraqlıdır, belə proseslərin baş verdiyi saatlarda Cəmil Həsənli Dubayda hansı “təxirəsalınmaz ailə tədbirinə” gedirdi? Aydındır ki, Cəmil Həsənli istintaqdan yayınmaq üçün tələsik ölkəni tərk etmək istəyib…

Xatırladaq ki, bir müddət öncə media Gültəkin Hacıbəylinin də ölkədən qaçdığını yazmışdı. Gültəkin Hacıbəyli bunu təkzib etsə də, qısa müddətdə onun “təkzib”i Türkiyədən verdiyi məlum olmuşdu.

Həmçinin məlumdur ki, AXCP sədri Əli Kərimlinin evində axtarış zamanı evdən “Milyarderlər İttifaqı” ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı, sair sənədlər tapıldığı barədə informasiya yayılıb.

Onu da qeyd edək ki, vaxtilə Rusiyada “Milyarderlər ittifaqı” nın namizədi olan Rüstəm İbrahimbəyovun Azərbaycandakı icraçılarının kimlər olduğu heç kimə sirr deyil.//Qafqazinfo

Son xəbərlər

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bütün xəbərlər