Daşkəsəndə məktəblilər arasında basketbol turniri keçirilib

"DogruXeber.tv" xəbər verir ki, "AzerGold" QSC və onun törəmə şirkəti – "Daşkəsən Dəmir Filiz" MMC-nin təşkilatçılığı ilə Daşkəsən rayonunda məktəb komandaları arasında basketbol turniri keçirilib.

Daşkəsən Rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyinin Gəncə–Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Elm və Təhsil Nazirliyinin Gəncə–Daşkəsən Regional Təhsil İdarəsinin dəstəyi ilə keçirilən turnirdə ümumilikdə 6 məktəb komandası iştirak edib.

Daşkəsən şəhəri 2 nömrəli tam orta məktəbin meydançasında keçirilən turnirin final oyunu və mükafatlandırma mərasimində məktəbin adını daşıdığı şəhid Anar Mürsəlovun anası Qızbəs Abbasova, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, "AzerGold"un müşaviri Anar Abdullayev, "Daşkəsən Dəmir Filiz"in baş direktorunun müavini Mirsadıx Yaqubzadə, eləcə də Gənclər və İdman Nazirliyi, regional qurum və idarələrin rəhbər şəxsləri, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən rəsmi şəxslər ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, xüsusilə bölgələrdə idman infrastrukturlarının yenilənməsi və əlçatanlığının artırılmasından söz açıblar.

Bildirilib ki, bu kimi turnirlər yeniyetmə və gənclərin fiziki və sosial inkişafına, komanda ruhu, liderlik və məsuliyyət kimi müsbət keyfiyyətlərin formalaşmasına mühüm töhfə verir.

Nitqlərdə "AzerGold" və "Daşkəsən Dəmir Filiz"in korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirdiyi layihələrin bölgənin sosial-ictimai həyatında mühüm rol oynadığı qeyd olunub.

Yekunda 3 günlük turnirdə qalib gələn komandalar, həmçinin "Ən yaxşı oyunçu" nominasiyasının qalibi və turniri idarə edən hakimlər mükafatlandırılıb. Qaliblərə kubok, medal və diplom təqdim edilib.

Turnirin yekununda Anar Mürsəlov adına 2 nömrəli tam orta məktəbin komandası birincilik əldə edib. Yarışda 2-ci və 3-cü yerləri müvafiq ardıcıllığa uyğun olaraq Daşkəsən şəhəri, Səməd Vurğun adına 4 nömrəli tam orta məktəb və Daşkəsən şəhəri, İmadəddin Nəsimi adına 1 saylı tam orta məktəbin basketbol komandaları tutub.

Son xəbərlər

Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər