Zaur Mikayılovun “çürük” poeması – Tonlarla içməli su küçələrə axır….

Dogruxeber.tv: - Dünyanın ən böyük problemlərindən biri içməli su qıtlığıdır. Bu problem Azərbaycanda da açıq şəkildə hiss olunur. Ölkənin əksər bölgələrində, hətta paytaxt Bakı şəhərində belə insanlar bəzən günlərlə su problemi yaşayır.

Paradoksal məqam isə ondan ibarətdir ki, bu çatışmazlığın fonunda texniki nasazlıqlar səbəbindən min tonlarla içməli su hər gün boşuna küçələrə axıdılır.

Bu vəziyyət artıq təkcə məişət problemi deyil, strateji təhlükəsizlik və idarəetmə böhranıdır.

Təbii ki, bu miqyasda problemin qarşısını almaq birbaşa aidiyyatı qurumun – (ADSEA) Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin öhdəliyindədir. Lakin digər bir çox dövlət qurumlarında olduğu kimi, ADSEA da il sonunda nə ictimai hesabat təqdim edir, nə də görülən işlər barədə şəffaf məlumat açıqlayır. Halbuki ölkənin su kimi həyati əhəmiyyətli resursunu qorumağa cavabdeh olan qurumun fəaliyyəti tam şəffaf və hesabatlı olmalıdır.

Azərbaycan müstəqil olduğu gündən bu yana ən çox maliyyə vəsaiti ayrılan qurumlardan biri məhz su təsərrüfatına cavabdeh strukturlar olub. Əvvəllər bu sahəyə “Azərsu” ASC cavabdehlik daşıyırdı və ən çətin dövrlərdə belə vəziyyəti qismən də olsa stabilləşdirə bilmişdi. Sistem ideal olmasa da, müəyyən idarəçilik mexanizmləri mövcud idi.

Sonradan Azərsu ləğv edilərək funksiyalar ADSEA – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi adı altında bir neçə quruma bölündü. Məqsəd səmərəliliyin artırılması, məsuliyyət bölgüsünün dəqiqləşdirilməsi idi. Lakin praktikada bunun əksi baş verdi.

ADSEA-ya rəhbər vəzifəsinə Zaur Mikayılov təyin olundu. Lakin onun indiyə qədərki fəaliyyətinə nəzər saldıqda, ölkənin su təchizatı kimi mürəkkəb və strateji sahəni idarə etmək üçün zəruri təcrübəyə malik olmadığı aydın görünür.

Zaur Mikayılov:

1999–2009-cu illərdə telekommunikasiya sahəsində mobil operatorlarda marketinq meneceri, baş kommersiya müdiri, baş direktor müavini vəzifələrində çalışıb;
2009–2016-cı illərdə “Paşa İnşaat” şirkətində obyektlərin istismarı, biznes mərkəzinin baş meneceri, daşınmaz əmlakın idarə olunması departamentində baş menecer vəzifələrini icra edib;
Port Baku Towers”in baş direktoru olub.

Bu fəaliyyətlərin heç biri ölkənin ümumi su təminatının qurulması və idarə edilməsi üçün zəruri texniki və strateji təcrübə hesab edilə bilməz.

Real vəziyyət acıqnacaqlıdır – borular partlayır, su küçələrə axır

Bu gün ölkənin əksər bölgələrində, eləcə də Bakıətrafı qəsəbələrdə su xətləri nəzarətsiz və sistemsiz vəziyyətdədir. Əksəriyyəti susuzdur və insanlar fərdi olaraq hardansa su çəkib gətirirlər. Qurumun tabeliyində olan su boruları isə tez-tez partlayır, tonlarla içməli su küçələrə, yollara axıdılır.

Uzağa getməyə ehtiyac yoxdur, Masazır, Xırdalan, Bakı kəndləri, Buzovna, Mərdəkan və ətraf qəsəbələrdə vəziyyət daha acıqnacaqlıdır.

Bu ərazilərdə mütəmadi olaraq su xətlərinin partlaması, müvəqqəti və keyfiyyətsiz boruların çəkilməsi, insanların günlərlə susuz qalması artıq adi hala çevrilib. Bunlar ADSEA-nın sistemsiz fəaliyyətinin açıq nəticələridir.

Büdcə vəsaitləri hara xərclənir?

Zaur Mikayılovun “çürük” poeması – Tonlarla içməli su küçələrə axır….

Zaur Mikayılovun “çürük” poeması – Tonlarla içməli su küçələrə axır….

Ən düşündürücü məqam isə budur ki, hər il insanların su təminatının yaxşılaşdırılması üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır. Lakin bu vəsaitlərin hara xərcləndiyi görə görünmür, dəyişən heç nə yoxdur.

Su qıtlığı qalır, infrastruktur köhnədir, sistem yenilənmir, məsuliyyət hiss olunmur. Buna baxmayaraq, ADSEA rəhbərliyi illərdir yığılıb qalmış problemlərin guya həll edildiyi təəssüratını yaratmağa çalışır.

Zaur Mikayılovun “çürük” poeması – Tonlarla içməli su küçələrə axır….

Beləliklə, bir neçə ildir bu vəzifəyə təyin edilən (ADSEA) Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərliyi Zaur Mikayılov mövcud vəziyyətdən narahat deyil, ona edimiş etimadı doğrulda bilmir. Nəticədə isə hər gün tonlarla içməli su küçələrə axıdılır, insanlar susuz qalır, dövlət vəsaitləri isə səmərəsiz şəkildə xərclənir.Bizimesr.az

Oxunub: 256

Son xəbərlər

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir üçün materiallar alacaq

Bütün xəbərlər