Nəsimi İH-də “taxt-tac oyunları” bitmir – Gülarə Verdiyeva da əsas kreslonu itirdi?

DogruXeber.tv: - Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov vəzifədən azad olunandan sonra İcra Hakimiyyətində ilk böyük toplantı keçirilib.

Bu barədə İcra Hakimiyyəti məlumat yayıb.

Qurumda rayonun 2025-ci ilinin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı olub.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, icra başçısının müavini Zahid Xəlilov, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev, deputatlar Məlahət İbrahimqızı və Ziyad Səmədzadə, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, RİH başçısının 1-ci müavini Gülarə Verdiyeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, bələdiyyə və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

Hesabat tədbirini giriş nitqi ilə açan rayon icra başçısının səlahiyyətlərini müvəqqəti icra edən Zahid Xəlilov 2025-ci ildə rayonun sosial-iqtisadi inkişafına dair hesabat məruzəsi ilə çıxış edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2025-ci il noyabrın 12-də imzaladığı sərəncamla Elxan İbrahimov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, dekabrın 29-də isə vəzifəsindən azad olunub.

Daha sonra başçının səlahiyyətlərinin icrasının I müavin Gülarə Verdiyevaya keçdiyinə dair ona yaxın media və jurnalistlər tərəfindən məlumat yayılıb. İndi isə İcra Hakimiyyətinin məlumatında vəzifəni digər müavin Zahid Xəlilovun apardığı bildirilir.

Görünür, rayonda ‘taxt-tac oyunları’ hələ də davam etməkdədir. Nəsiminin yaradıcılığı ilə ifadə etsək, iki müavin arasında bir kresloya sığmayan mübarizə getdiyini təxmin etmək olar. İcra Hakimiyyətinin media məlumatında I müavin Gülarə Verdiyevanın adının ən sonda yazılması da yuxarıda qeyd etdiyimiz ‘taxt savaşı’nın bir hissəsi ola bilər.//Nocomment.az

Son xəbərlər

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bütün xəbərlər