Partlayış olan bina niyə təmir edilmir? - VİDEO

Bakıda qaz sızması nəticəsində partlayış baş vermiş binada ondan artıq mənzilin sakinləri evsiz qalıb.

"DogruXeber.tv"nin məlumatına görə, hadisə ötən ilin avqust ayında baş verib. Nizami rayonu, Əli Vəliyev küçəsi 6 ünvanında yerləşən 5 mərtəbəli binada partlayışdan sonra sakinlər evlərindən çıxarılıb və kirayə mənzillərə köçürülüblər. Hələ o vaxt bildirilmişdir ki, binanın qəzalı vəziyyətə düşmüş hissəsi söküləcək və yenidən bərpa ediləcək.

Sakinlər deyirlər ki, ötən il onlara layihə-smeta sənədləri hazırlanacağı, binada bərpa işlərinə başlanılacağı bildirilsə də, ortada bir nəticə yoxdur.

Bu azmış kimi, indi isə sakinlərə kirayə pullarının ödənilməyəcəyi bildirilib.

Şikayətçilər deyirlər ki, dəfələrlə Nizami Rayon İcra Hakimiyyətində qəbullarda olublar, hər dəfə müəyyən tarix verilsə də, vədlərə əməl olunmayıb.

Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən bildirildi ki, məsələ qurumun nəzarətindədir. Binanın 1-ci blokunun 5-ci mərtəbəsində baş vermiş partlayış hadisəsi ilə bağlı dərhal operativ tədbirlər həyata keçirilib, partlayışdan zərər görmüş sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə kirayə ödənişləri qarşılanmaqla müvəqqəti yaşayış yerlərinə köçürülüblər. Binaya dəyən zərərin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən bərpa layihəsi hazırlanıb və baxılması üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertiza Baş İdarəsinə təqdim edilib. Hazırda layihəyə baxılmaqdadır və yaxın günlərdə müavfiq rəyin verilməsi gözlənilir. Dövlət ekspertizasından rəy alındıqdan sonra binanın təmir-bərpa işlərinə başlanılması üçün aidiyyəti dövlət orqanlarına müvafiq müraciətlər ediləcək. (Mənbə: Xəzər TV)

Oxunub: 129

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər