Qanunsuzluqlara niyə hüquqi qiymət verilmir? - VİDEO

Apşeron rayonu Qobu qəsəbə bələdiyyə sədri Araz Nəcəfovla bağlı iddialar cəmiyyətdə ciddi suallar doğurur

Bu, "DogruXeber.tv"nin Apşeron rayonu Qobu qəsəbə bələdiyyə sədri Araz Nəcəfovun fəaliyyəti ilə bağlı hazırladığı ilk material deyil. Daha əvvəl də redaksiyamıza daxil olan çoxsaylı vətəndaş müraciətləri, şikayətlər və təqdim edilən faktlar əsasında bu məsələ ictimailəşdirilib. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq, bələdiyyə sədri barəsində səsləndirilən iddialara bu günədək konkret və açıq hüquqi qiymətin verilməməsi cəmiyyətdə haqlı narahatlıq və ciddi suallar doğurur.



Məlum olduğu kimi, vətəndaşların çoxsaylı müraciətləri əsasında məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına, o cümlədən Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciətlər ünvanlanıb. Müəyyən araşdırmaların aparıldığı bildirilsə də, bu araşdırmaların nəticələrinin uzun müddətdir ictimaiyyətə açıqlanmaması, prosesin hansı mərhələdə olduğu barədə rəsmi məlumatın verilməməsi şəffaflıq prinsipi baxımından ciddi suallar yaradır.

"DogruXeber.tv" redaksiyası olaraq daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmi qurumlara sorğular göndərmiş, agentliyimizin tərkibində fəaliyyət göstərən media resurslarında faktları təsdiqləyən materiallar, səsyazıları və məlumatlar dərc etmişik. Buna baxmayaraq, məsələ bu günədək lazımi hüquqi və institusional reaksiya ilə müşayiət olunmayıb.



Diqqət çəkən məqamlardan biri də odur ki, yayımlanan materiallardan sonra birbaşa bələdiyyə sədri Araz Nəcəfov deyil, vətəndaşların iddialarına görə onun yaxın qohumları hesab edilən Rəhman və Mehman adlı şəxslər redaksiya rəhbərliyi ilə əlaqə saxlayaraq yarı təhdid, yarı təhqir xarakterli ifadələr işlətmiş, yayımlanan məlumatlara etiraz bildirmişlər. Bu hallar jurnalist fəaliyyətinə təzyiq və müdaxilə kimi qiymətləndirilə bilər. Sözügedən telefon danışıqları redaksiya tərəfindən qeydə alınaraq arxivləşdirilmişdir.

Həmin şəxslər telefon danışıqları zamanı Araz Nəcəfovu uzun illərdir tanıdıqlarını, onun “yaxşı və xeyirxah insan” olduğunu, onlara dəfələrlə kömək etdiyini açıq şəkildə etiraf etmişlər. Lakin redaksiyamıza daxil olan məlumatlara görə, Araz Nəcəfov aidiyyəti qurumlara verdiyi izahatda bu şəxsləri tanımadığını iddia etmişdir. Bu ziddiyyətli mövqelər aparılan araşdırmaların obyektivliyinə dair ciddi suallar yaradır.

Qeyd olunan səsyazıları və materialların müəyyən hissələri sosial şəbəkələrdə də yayılıb və redaksiyanın arxivində saxlanılır. Bütün bu faktlara baxmayaraq, bələdiyyə sədrinin məsuliyyətdən kənarda qalması ictimaiyyət tərəfindən anlaşılmaz qarşılanır.
Xatırladaq ki, əvvəlki materiallarımızda Ədliyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən, Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə İş Mərkəzindən Araz Nəcəfovla bağlı toplanmış sənədlərin prokurorluq orqanlarına göndərilməsinə dair rəsmi məktub da ictimaiyyətə təqdim olunmuşdu. Bu qədər fakt və sənədin mövcud olduğu halda, hər hansı hüquqi nəticənin olmaması hüquqi dövlət prinsipləri baxımından ciddi narahatlıq doğurur.

Bu gün də redaksiyamıza daxil olan müraciətlərdə Qobu qəsəbə sakinləri bələdiyyə sədrinin: qanunsuz torpaq və ərazilərin satılması, vəzifə səlahiyyətlərindən sui-istifadə halları, qəsəbə yollarının bərbad vəziyyətdə olması, infrastruktur işlərinə məsuliyyətsiz yanaşması ilə bağlı narazılıqlarını ifadə edirlər.

Ekspertlərin fikrincə, bu kimi halların uzun müddət hüquqi nəticəsiz qalması vətəndaşların dövlət institutlarına olan etimadını zəiflədir və hüququn aliliyinə inamı sarsıdır. Cəmiyyət haqlı olaraq sual edir: hansı səbəbdən Araz Nəcəfov barəsində səsləndirilən bu qədər ciddi iddialara baxmayaraq, bu günədək real hüquqi tədbir görülmür?

"DogruXeber.tv" olaraq ümid edirik ki, təqdim edilən faktlar və ictimai narahatlıq aidiyyəti qurumlar tərəfindən ciddi şəkildə nəzərə alınacaq, məsələ obyektiv və şəffaf araşdırılacaq və qanunvericiliyin tələblərinə uyğun qərarlar qəbul ediləcək. Redaksiyamız mövzunu diqqətdə saxlayacaq.

Qobuda bələdiyyə sədri İTTİHAM OLUNUR - müavini ilə əlbir olaraq...
Qobu bələdiyyəsində torpaq oyunu: Bələdiyyə sədri həbsin bir addımlığında
Qobu bələdiyyəsi: keçmişdən bu günə dəyişməyən “torpaq oyunu”
Qobu bələdiyyəsinin “mələkləri” kimdir?
Gün kimi aydın qanunsuzluqlar, susan qurumlar: Qobu bələdiyyəsində nələr baş verir?
Qobu bələdiyyəsinin “mələkləri” kimdir?
Gün kimi aydın qanunsuzluqlar, susan qurumlar: Qobu bələdiyyəsində nələr baş verir?
Qobu bələdiyyəsi – dövlət qurumu, yoxsa “torpaq mafiyası”?
Qobu Bələdiyyəsində Torpaq “Sxemi”: Susqun Qurumlar, Azalan Etimad

Son xəbərlər

Vasilyev: İrəvan iki ildir KTMT-yə pul ödəmir

İran Sinqapur yük gəmisinə hücum etdi

Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

Bütün xəbərlər