18 ildir tikilən,11 il qabaq verilən texniki şərtdə altından su, kanalizasiya xətti keçməyən obyektin altından 11 il sonra kanalizasiya xətti “aşkarlayan” xidmət - FOTO

“Azəriqaz”ın qaz xəttini yaşayış evlərinin içindən çəkməsinə son qoyulacaqmı?

DogruXeber.tv: - Elə dünən idi, 300-500 manata göz dikən xalqın xidmətçilərinin maaşları astronomik sayılan həddə 13-17 min manata qaldırıldı. Hələ üstəlik xalqın 300-500 manatına göz dikən məmurlar kanalizasiyanı da, su, qaz , işıq , kommunikasiya xətlərini də xalqın boynuna qoyublar. Hələ xalqın hesabına çəkilən xətlərin “işlək qalmasına” sabit tarif də “dünya standartlarına” uyğun məmurların cibinə gedir. Di gəl, su , kanalizasiya, qaz xətləri dünya bir yana qalsın, heç yerli standarta uyğun deyil , məmurlar xidmətində durduqları xalqın vergisinin, rüşvətinin içində “üzürlər”, xalqın isə fövqəladə hallarda (yağış normadan “bir damcı” artıq olanda, qaz zəhərə dönəndə) üzməyə, nəfəsliyə belə halı olmur; xalq üzə bilmir, xalq bir qaşıq suda, zəhərə dönmüş qazda boğulur! Axı 300-500 manata göz dikən XALQ 3000-5000 MANATA QAZ, SU, KANALİZASİYA XƏTTİ ÇƏKSİN, ŞİŞİRTMƏ QAZPULU, İŞIQPULU, SUPULU, HƏKİMPULU, MÜVƏKKİLPULU, VƏKİLPULU, MƏHKƏMƏPULU, MƏHBƏSPULU, QANPULU VERSİN, UŞAQ SAXLASIN, MƏMUR SAXLASIN, “UÇASTKOVI” SAXLASIN, ƏSGƏR, QAZİ YETİŞDİRSİN, üzməyi bilər? Elə dünən də elə oldu, FÖVQƏLADƏ maaş və rüşvət içində “üzən” məmurlar və üzmək bilməyən, SUDA, QAZDA boğulan insanlar!

Bizi “barıtı çox etməkdə” suçlamaq fikrinə düşənlər yanılırlar, “barıt konkret faktlara uyğun qoyulub”. Faktlar isə , eldə deyilən kimidir, “göz deşir”. Aşıq gördüyünü, jurnalist faktları, başmaqçı başına gələnləri çağırar, deyiblər. Biz də başımıza gələnlərdən, gördüklərimizdən danışaq.

Nizami rayonu, Babək prospekti, 71 və 73 saylı binalarda 57 mm-lik , hətta 108 mm-lik qaz xətləri yaşayış otaqlarının içindən çəkilib. İnsanların həyatına bu gözlə görünən təhlükəyə nə FHN, nə “uçastkovı”, nə prokurorluq, nə ombudsman , nə məhkəmə , nə , nə, nə... son qoyur. Dəfələrlə FHN-in 112, DİN-in 102, Baş prokurorluğun 161, 961, Ombudsmanın 916 çağrı mərkəzlərinə zənglər , yazılı müraciətlər edilsə də, məhkəmədə iddia qaldırılsa da, heç bir sonuc yoxdur. İnsan həyatı məmurların “əyləncə dəhşətindən” ucuzdur. Hamı “Azəriqaz”ın rüşvətini Konstitusiyanın üstündə tutur. Rüşvətin, korrupsiyanın FÖVQƏLADƏ üstünlüyünə baxın, FHN TTNDA (Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi) 1 ildir Prezidentin 2181 saylı fərmanını icra edib, Babək-71 saylı binanın yanındakı 18 ilin qeyri-yaşayış obyektinin istismarına razılıq vermir ki, su və qaz xidməti müsbət rəy vermir. (?) Halbuki FHN DYMX (Dövlət Yanğından Mühafizə Xidməti) təkrar baxışda obyektin heç bir təhlükə törətmədiyinə rəy verib və fərmanın icra müddəti ən çoxu 1 aydır . Su, kanalizasiya məmurlarının rüşvət xidmətinə gəldikdə isə elə FÖVQƏLADƏ HALDADIR ki!

Su, kanalizasiya rüşvətinə, korrupsiyasına baxın, “Azərsu” 11 il qabaq (06.01.2015-ci il tarixıi) texniki şərt verib və obyektin altından SU, KANALİZASİYA XƏTTİNİN KEÇMƏDİYİNİ təsdiq edib. (Keçsə idi, texniki şərt verilməzdi ). ADSEA İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (PHŞ-nın idarə heyətinin sədr müavini Cabbar Cabbarlı) isə 04.08.2025-ci il tarixli məktubla bildirib ki, obyekt kanalizasiya xəttinin mühafizə zonasında olduğundan 1-ci dərəcəli Qarabağ qazisinin vəsaiti hasabına köçürüləcəyi halda müraciətə yenidən baxıla bilər.(?)

18 ildir tikilən, 11 il qabaq verilən texniki şərtdə altından su, kanalizasiya xətti keçməyən obyektin altından 11 il sonra kanalizasiya xətti “aşkarlayan” su xidmətinin FÖVQƏLADƏ “XİDMƏTHAQQI” tələbinin nəticəsidir ki, dünən su, kanalizasiya selində “üzməyə” qayıq” da olmadı.
“Q(ayı)q “xidməti” göstərən qurum isə FHN-dir...
Məğrur Bədəlsoy
Hurriyet.org

18 ildir tikilən,11 il qabaq verilən texniki şərtdə altından su, kanalizasiya xətti keçməyən obyektin altından 11 il sonra kanalizasiya xətti “aşkarlayan” xidmət - FOTO

18 ildir tikilən,11 il qabaq verilən texniki şərtdə altından su, kanalizasiya xətti keçməyən obyektin altından 11 il sonra kanalizasiya xətti “aşkarlayan” xidmət - FOTO

18 ildir tikilən,11 il qabaq verilən texniki şərtdə altından su, kanalizasiya xətti keçməyən obyektin altından 11 il sonra kanalizasiya xətti “aşkarlayan” xidmət - FOTO

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər