Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa

Azərbaycanda bəzi marketlərdə məhsulların fotosunun çəkilməsinə qadağa qoyulub. Bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Vətəndaşlar bildirirlər ki, bu məhdudiyyət qiymətlərin şəffaflığı ilə bağlı suallar yaradır və bəzi alıcılarda məhsulların qiymətlərinin süni şəkildə artırıldığı barədə şübhələr formalaşdırır.

Marketdə məhsulların qiymətini çəkmək olarmı? Bu proses qanunvericilikdə necə tənzimlənir?

DogruXeber.tv xəbər verir ki, bu barədə Globalinfo.az-a hüquqşünas Əlövsət Allahverdiyev danışıb. O deyib ki, marketdə məhsulların və onların qiymət etiketlərinin şəklini çəkmək qanunla qadağan edilmir:

“Bu məsələ bir neçə hüquqi aspektdən qiymətləndirilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununa əsasən, satıcı istehlakçıya məhsulun qiyməti barədə düzgün və aydın məlumat verməyə borcludur. Qiymət etiketləri ictimai məlumat hesab olunur və alıcının məlumatlandırılması məqsədi daşıyır. Bununla yanaşı, market özəl mülkiyyət olduğundan müəssisə daxili qaydalar müəyyən edə bilər. Məsələn, peşəkar çəkilişlərin, tripoddan istifadənin və ya kommersiya məqsədli videoçəkilişin məhdudlaşdırılması mümkündür. Mağaza əməkdaşı çəkilişin dayandırılmasını xahiş edərsə, mübahisə yaranmaması üçün bu tələbə əməl etmək məqsədəuyğundur. Lakin bu, çəkilişin qanunsuz olması anlamına gəlmir və daha çox müəssisənin daxili qaydaları ilə bağlı məsələdir”.

Hüquqşünas bildirib ki, çəkiliş zamanı digər müştərilərin, işçilərin üzlərinin, şəxsi və ya ödəniş kartı məlumatlarının icazəsiz görüntülənməsi, paylaşılması onların məxfilik hüquqlarını poza bilər:

“Buna görə də yalnız məhsulun və qiymət etiketinin fotoşəklinin çəkilməsi daha təhlükəsiz yanaşma hesab olunur. Əgər məqsəd kassada fərqli qiymətin tətbiq olunduğunu sübut etmək, endirim etiketini sənədləşdirmək yaxud istehlakçı hüquqlarının pozulduğunu təsdiqləməkdirsə, qiymət etiketinin və kassa çekinin fotoşəkilləri sonradan ediləcək şikayət zamanı sübut kimi istifadə oluna bilər. Qanunvericiliyə əsasən, məhsulların üzərində düzgün tərtib edilmiş qiymət etiketləri olmalı və alıcıya düzgün qiymət məlumatı təqdim edilməlidir. Nəticə etibarilə, məhsulun və qiymət etiketinin şəklini çəkmək ümumilikdə qanunla qadağan edilmir və istehlakçı hüquqlarının qorunması məqsədilə bu fotolardan sübut kimi istifadə etmək mümkündür”.

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər