Meşə əraziləri mənimsənilir -  NAZİR HARA BAXIR ?!    VİDEO//FOTO

Oxucularımız da təsdiq edərlər ki, meşə qənimləri hər il , hər yerdə, həmişə olub. Lakin, 2020-2021-ci illərdə ölkə ərazisindəki meşələrə qarşı sanki, "açıq müharibə" aparılır. Hər həftə, hər gün oxuduğumuz, izlədiyimiz xəbərlər sırasında mütləqdir ki, qırılmış ağaclar, ziyan dəymiş meşələr barəsində ən azı bir məlumat olur. Heç uzağa getmədən, dərin araşdırma aparmadan sosial mediada axtarış edib, baxmaq kifayətdir ki, Ağsu, Oğuz, Tovuz, ən əsas və ən çox da cənub meşələri barəsində "nəfəsimizi kəsən" məlumatları görə bilək. Bu dəfə isə "dogruxeber.tv" olaraq biz sizə Samux rayon ərazisində yerləşən meşələrin taleyindən, daha doğrusu acınacaqlı taleyindən xəbər verəcəyik.



Videogörüntülərdə gördüyünüz bu ərazi vətəndaşın da qeyd etdiyi kimi, Samux rayonunun "Yeni Nəbiağalı" qəsəbəsidir. Gördüyünüz ərazi əvvəllər 50 metr enində meşə zolağı olub. Lakin, artıq meşə zolağından əsər-əlamət qalmayıb. Ərazidə yerləşən əkin sahələrinin sahibi tərəfindən ağacların dibində tonqal yanırılmaqla, ağaclar məhv edilib. Məhv edilən ağacların da yerləri əkin sahələrinə qatılıb və nəticədə əkin sahələri genişləndirilib. Bu da onun sübutudur ki, meşə zolağı məqsədli şəkildə, qəsdən məhv edilib. Bundan əlavə, vətəndaşın bildirdiyinə görə 50 metrdən, məhv edilməklə, 15 metrə qədər azalan meşə zolağı hələ də kimlərinsə sözün əsl mənasında yerini dar edir. Odur ki, qalan 3-5 ağacdan ibarət meşə zolağına da yaxınlıqdakı yaşayış ərazilərinin məişət tullantıları gətirilib tökülür ki, bu da meşə ağaclarının inkişafına mənfi təsir göstərir.

"Ağ ciyərlərimiz"in məhvini göz görə-görə görməzdən gələn kimlərdir?!

Bu hər kəsə məlumdur ki, ölkənin istənilən ərazisində heç kim aidiyyəti tərəflərin xəbəri olmadan, qətiyyən bir hərəkət edə bilməz. Yəni nələrisə qurmaq, yaxud məhv etmək.

Məsələn, kimsə həyətində bir dam tikəndə və o damın örtüyü hasardan azacıq görünəndə, o dəqiqə İcra Hakimiyyəti işçiləri, ərazi üzrə sahə müvəkkili, kommunal xidmətlər, mənzil kommunal təsərrüfat idarəsi, Fövqəladə Hallar Nazirliyi əməkdaşları və sair həmin sakinin qapısında "cərgə" düzənləyirlər. Bu hələ tikmək üçündür. O ki, qaldı sökmək, yaxud məhv etmək ola...

Ona görə də hansısa bir sadə sakinin, bir fermerin bu cür özbaşınalığa yol verməsi açıq desək, heç inandırıcı görünmür.

Dağıntı varsa, təbii ki, o dağıntıları "görməmək" üçün "əl sıxışan" "hörmətli müəllim"lər (müraciət olaraq) də var.

O icazə verən "filankəs müəllim"in kimliyini araşdırmaq və aidiyyatı tədbirlər görmək isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işidir. Bu görüntülərdən sonra "Məlumatsız idik" kəliməsi gülünc olar. Artıq, məlumatı biz sizə verdik. Ardı da var. Lakin, o "ardı"nda yazacaqlarımız isə birbaşa adıçəkilən nazirlikdən asılıdır. Ya lazımi tədbirlər görüb, "ağciyər düşməni"nin layiqli cəzasını alması üçün addımlar atacaq, ya da bir neçə ay əvvəl xəbər verdiyimiz Daşkəsən rayonunun, "Çanaqçı" kəndinin yaxınlığında, çayın bir neçə metrliyində yerləşən malikanə kimi, bunu da görməzdən gəlib, susacaq.

Yeri gəlmişkən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəfələrlə elektron ünvanına rəsmi məlumatlar göndərməyimizə, dəfələrlə agentliyimizdə yayımladığımıza baxmayaraq, hansısa "sirli" səbəblər üzündən, bizim gördüyümüz, hətta əyani görüntülərlə göstərdiyimiz o malikanəni yenə də "görə bilmir ki, bilmir".

Meşə əraziləri mənimsənilir -  NAZİR HARA BAXIR ?!    VİDEO//FOTO

Meşə əraziləri mənimsənilir -  NAZİR HARA BAXIR ?!    VİDEO//FOTO


Amma, sözügedən bu ciddi mövzunun, aidiyyatı qurumların gözünü açana qədər ardı var...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Oxunub: 1 895

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər