Halal kolbasa yeməsə də, halallıq mövzusuna düşkündü...













Sahilə İbrahimova

Bəziləri deyir bütün insanlara və dinlərə hörmət eləmək lazımdı. Mən hamıya, hər şeyə hörmət edən adam deyiləm. Din, yaxud insan kiməsə zərər vurursa, axmaqlığa, cəhalətə aparırsa, ona hörmət düşmür, məncə. Bu yaxında sosial şəbəkədə dinlə bağlı müzakirə-mübahisəyə qoşuldum. Çoxdandı bunu etmirdim. Sosial şəbəkələr həm də ona görə maraqlıdı ki, orda rahatca dalaşmaq olur. Orda yaranan kəskin mübahisə çox vaxt tərəflərin küsməyinə səbəb olmur. Canlı ünsiyyətdə isə adətən insanlar bir-birlərinin səs tonundan, intonasiyasından, mimikalarından daha çox qəzəblənirlər, sakitləşmək çətinləşir.

Sosial şəbəkənin şərh hissəsini çox sevirəm, orda fərqli yanaşmaları, əks fikirləri oxumaq, məsələni başqa baxışla görmək olur. Daha insanlar böyük xəbər portallarına güvənmir. Adamlar adamların sözünə daha çox etibar edir. Ona görə bir blogerin yaydığı xəbər çox vaxt 30 nəfərlik kollektivi olan xəbər saytlarının xəbərindən daha çox oxunur, paylaşılır.

Beləliklə, şərhləri oxudum və “hamının dininə hörmət eləmək” lazımdır şərhindən sonra ilk abzasda qeyd elədiklərimi yazdım. İnsanlara zərər verən və cəhalətə aparan dinlərə və qaydalara hörmətlə yanaşmaq olmaz. Mən başa qapaz vurmaqla, üzə tüpürməklə, bədəndən qan çıxarmaqla, qızların sünnətini tələb etməklə və sairə bu kimi qəddar və axmaq tələblərlə başa gələn dinlərə hörmət eləməyənlərlə eyni cərgədəyəm.

2015-ci ildə bir təlim çərçivəsində geniş qrupla Almaniyaya getmişdim. Bir müddətdən sonra qrupumuzun namaz qılan, oruc tutan üzvləri əsl İslam burdadı dedilər. Tanış olduğumuz almanlar halallıq məsələsinə olduqca həssas yanaşırdılar. Getdiyim zavodlarda, nəşriyyatda başqalarının hüquqlarını qorumaq məsələsi o qədər önəmsənirdi ki, bizi gülmək tuturdu. Məsələn, bir dəfə səfər yoldaşlarımdan biri zavodların birində müəssisənin yanğın təhlükəsizliyi ilə bağlı sertifikatının köhnəldiyini aşkarladı. Qüvvədə olma müddətindən cəmi bir gün keçmişdi. Biz zarafatla bunu zavod sahibinə deyəndə adam təşvişə düşdü. Ağappaq bənizi qıpqırmızı oldu, dəfələrlə üzr istədi, ondan şikayət eləməməyimizi istədi. Kim ondan şikayət edəcəkdi ki? Biz bəyəm mərdimazar idik? İstənilən alman əksini edərdi. Və şikayət edəndən sonra vətəndaşlıq borcunu yerinə yetirdiyi, zavodun yüzlərlə işçisini təhlükə altında qoymadığı üçün özü ilə qürur duyardı. Mən anladım ki, hüquqi dövlətdə mərdimazarlıq etmək başqa şeydi.

Qərb insanı dəyər verir. İnsanın əməyinə, vaxtına, mövcudluğuna. Qərb halal kolbasa yeməsə də, halallıq mövzusuna düşkündü. Kimsənin sözünü, mövzusunu, fiziki və zehni əməyini istismar eləmək istəmir.

Bir dəfə sosial şəbəkə üzərindən təqaüdçülərin etiraz aksiyası keçirdiyini yazmışdım. İşə gələndə yolda görmüşdüm. Xarici saytın Azərbaycandakı nümayəndəliyindən yazıb xəbəri paylaşmaq istədiklərini, adımı çəkib-çəkməməyi soruşmuşdular. Xəbərin ilkin mənbəyini yazana istinad etmək tələbinin mərkəzi ofisdən gəldiyini anlayırdım. Dünyanın əsas xəbər saytları ən adi xəbəri belə kimdən aldıqlarını qeyd edirlər. Adi insanlar, blogerlər, onların çəkdiyi şəkillər, paylaşdıqları informasiyalar oğurlanmır, icazəsiz, istinadsız yayılmır. Çünki saytlar, jurnallar, kitablar pul qazanır, xəbər satır. Ortada pul məsələsi varsa, halallıq lazımdı, deyilmi? Əsl İslam da budur, eləmi? Hüquqi dövlətlər elə halallığı təbliğ edir. Başqasına aid olanı oğurlamaq olmaz!

Elə isə mən halal insanların dininə, hüquqi dövlətlərin qanunlarına hörmət edirəm. Onların hansı dinə, dilə irqə aid olduğu qətiyyən vacib deyil. Və bunun əksinə əsaslanaraq yaşayanlarla eyni dində olmaq istəmirəm, onların “inancı”na da hörmət eləmirəm.


Oxunub: 667

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər