Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

dogruxeber.tv: - Bu ilin birinci rübündə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlak üzərində 88 013 mülkiyyət hüququnun qeydiyyatını aparıb. Bu barədə Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, bu göstəricinin 13 540-ı (15,3 %) ilkin, 74.473-ü isə (84,7 %) təkrar qeydiyyatın payına düşür. Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində 12 786, mənzil üzərində 19 234, torpaq sahəsi - 53 279, qeyri-yaşayış binası - 744, qeyri-yaşayış sahəsi - 1 814, əmlak kompleksi - 147, çoxmərtəbəli yaşayış binası üzərində isə 9 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.

Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 21 664-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür. Yanvar-mart aylarında Dövlət Xidməti 64 842 texniki pasport tərtib edib, 16 537 ipoteka müqaviləsi qeydiyyata alıb. Bəs görəsən ilin növbəti dövrlərində də evlərin sənədləşdirilməsi prosesi davam edəcəkmi?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, evlərin sənədləşdirilməsi vergi və sığorta baxımından, dövlət üçün də olduqca maraqlıdır:

“Misal üçün, hər hansı bir böyük yaşayış kompleksi və ya yeni salınmış ərazidə kütləvi müraciət zamanı çıxarışların verilməsi baş tutur. Bu məsələdə hansısa konkret səbəb olmur. Dövlət tərəfindən bu istiqamətdə müəyyən tədbirlər aparılır. Hökumət evlərin və mənzillərin çıxarışla təmin olunmasında maraqlıdır. Çünki belə olan təqdirdə həm vətəndaşların mülkiyyəti tanınacaq, həm də mülkiyyət vergiyə və sığortaya cəlb olunacaq. Təbii ki, bu istiqamətdə çıxarışların verilməsində artımın olması yaxşı bir göstəricidir. Yəqin ki, bu proses il ərzində də davam edəcək. İlbəil həm əhali artır, həm də yeni yaşayış kompleksləri istifadəyə verilir”.

Ekspert hazırda həyət evləri ilə bağlı amnisitiya işlərinin aparıldığını qeyd edib:

“Həyət evləri ilə bağlı hələki yalnız amnistiyalarla bağlı işlər aparılır. Bunun üçün də vahid portal yaradılıb. Əmlak Məsələləri üzrə Dövlət Xidməti və Ədliyyə Nazirliyi tərəfindən yaradılmış bu portal vasitəsi ilə bütün daşınmaz əmlak əməliyyatları həyata keçiriləcək. Eyni zamanda qanunsuz tikililərin qeydiyyat prosesi də vahid portalda baş tutacaq. Bu proses keçən ilin yanvarından başlayıb, lakin hələ də bitməyib. İlkin sənədləri olan hər hansısa tikilini orada qeydiyyatdan keçirmək olur, amma heç bir sənədi olmayan əmlakın qeydiyyatı xeyli vaxt aparır. Qanunda bununla bağlı paralel dəyişiklər də həyata keçirilir. Qadağan olunmuş ərazilərdə, o cümlədən, neft, kommunal xəttlərin keçdiyi ərazilər və xüsusi təyinatlı nəzərdə tutulmuş yerlərdə tikilən evlərin sənədləşdirilməsi isə nəzərdə tutulmur. Bu tip evlərin amnistiyaya salınması və sənədləşdirilməsi ilə bağlı qanunda heç nə yoxdur. Yalnız zamanla müəyyən sənədləri qaydasında olan əmlakların qeydiyyat prosesi bitdikdən sonra bu baş tuta bilər”.

Oxunub: 460

Son xəbərlər

"Prezident Kuboku 2026" beynəlxalq reqatasına bu gün Mingəçevirdə yekun vurulacaq

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

Azərbaycanın sənaye müəssisəsinin mənfəəti 5 dəfə azalıb

ABŞ Avropada qoşun sayını azaldır - Tramp açıqladı

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Bütün xəbərlər