İcra Hakimiyyətləri ləğv olunur: Yeni idarəetmə modeli yaradılır — TARİX AÇIQLANDI

dogruxeber.tv: - Azərbaycan son illərdə dinamik inkişaf yolunda mühüm islahatlara imza atmaqda davam edir. Bu islahatların növbəti mərhələsi ölkənin idarəetmə modelində radikal dəyişikliklərə yönəlmişdir. Prezident İlham Əliyevin sərəncamı ilə ölkədə 14 iqtisadi rayonun yaradılması bu prosesin təməl daşı kimi qəbul edilir və ölkənin yeni idarəetmə modelinə keçidini daha da aktuallaşdırır.

Mövcud icra hakimiyyətlərinin ləğvi ilə start veriləcək bu yenilənmə Azərbaycanda dövlət idarəçiliyinin daha səmərəli və müasir tələblərə cavab verən bir struktura çevrilməsi məqsədi daşıyır. Yeni yaradılan iqtisadi rayonlar isə ölkənin müxtəlif bölgələrinin spesifik ehtiyaclarına uyğun iqtisadi inkişafın təmin edilməsi üçün mühüm addım olaraq dəyərləndirilir.

Hazırda işğaldan azad edilmiş rayonlarda xüsusi nümayəndəlik institutu fəaliyyət göstərir. Dövlət başçısının sərəncamı ilə yaradılmış yeni institut faktiki olaraq bütün idarəetmə mexanizmini həyata keçirir. Hazırkı idarəetmə modelinin dəyişdirilməsi və icra hakimiyyətlərinin ləğvi ilə ölkənin iqtisadi və sosial həyatı daha müasir prinsiplərə əsaslanaraq inkişaf edəcəyi proqnozlaşıdırılır.

Məsələ ilə bağlı danışan Milli Məclisin sabiq deputatı Vahid Əhmədov News24.az-a bildirib ki, bununla bağlı artıq işlərə başlanılıb və prosesin ölkənin uzunmüddətli inkişaf strategiyasında mühüm rol oynayacağı gözlənilir:

“Bununla bağlı uzun zamandır müzakirələr gedir, amma icra hakimiyyətlərinin ləğv olunması üçün Konstitusiyada dəyişiklik lazımdır. Ölkədə referendum keçirilməlidir. Artıq cənab prezidentin sərəncamı ilə Qarabağda nümayəndəliklər təyin olunub və onlar öz işlərini kifayət qədər peşəkarcasına yerinə yetirirlər. Bu heç də şübhəli deyil ki, irəliləyən zamanlarda ölkəmizin digər ərazilərinə də prezidentin xüsusi nümayəndəsi təyin olunacaq. Bu məsələ ilin əvvəlində müzakirə olunmuşdu. Bildirilmişdi ki, yerli icra hakimiyyətləri ləğv olunsun və onların yerində yerli nümayəndəliklər yaradılsın”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların davamı olaraq, Azərbaycan idarəetmə modelində əhəmiyyətli dəyişikliklərə hazırlaşır. Onun sözlərinə görə, Milli Məclisdə bu mövzu ilə bağlı geniş müzakirələr gedib və bu müsbət qarşılanıb:

Vahid Əhmədov əlavə edib ki, cənab Prezident belə bir qərar verməklə tamamilə doğru bir addım atıb, icra hakimiyyətlərinin ləğvi və yeni iqtisadi rayonların yaradılması ilə Azərbaycan daha müasir və çevik bir idarəetmə modelinə keçəcək:

“Faktiki olaraq Qarabağa təyin olunan prezidentin xüsusi nümayəndəlikləri özünü yaxşı mənada doğruldub. Belə görünür ki, bütün Azərbaycan ərazilərində bu modeli tətbiq etmək olar. Yerli icra hakimiyyəti orqanları özünü bəzi yerlərdə doğrulda bilmədi. Bu prosesin uzun çəkəcəyini düşünmürəm, yaxın aylarda artıq tamamilə yeni modelə keçid edə bilərik”.

Oxunub: 239

Son xəbərlər

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

"Prezident Kuboku 2026" beynəlxalq reqatasına bu gün Mingəçevirdə yekun vurulacaq

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

Azərbaycanın sənaye müəssisəsinin mənfəəti 5 dəfə azalıb

ABŞ Avropada qoşun sayını azaldır - Tramp açıqladı

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Bütün xəbərlər