İcra başçısının sərvət artımı məhz bu yollardan keçir - VİDEO

Adil Vəliyevin adına zidd (qeyri-adil) idarəçiliyi davam edir.

dogruxeber.tv: - Belə ki, Sabunçu rayonu ərazisində qanunsuz tikintilər, Adil Vəliyevi insanlara "nümunəvi icra başçısı" kimi sırımaq üçün "təşkil olunmuş" "reklam kampaniyaları" ilə paralel aparılır.

Təsəvvür edin ki, bir tərəfdən yerli mətbuatda icra başçısından narazı Sabunçu sakinlərinin gileyləri, həmçinin Sabunçu rayonu ərazisində aparılan qanunsuz tikintilərlə bağlı məlumatlar yayımlanır, digər tərəfdən isə 1-2 nəfər şəxs tərəfindən Adil Vəliyevin gözdən pərdə asmaq üçün güya vətəndaşların problemlərini dinləyərkən çəkdirdiyi şəkilləri paylaşılaraq, üstündə "Mən birinci dəfədir görürəm ki, icra başçısı xalqın arasında olub, onları dinləyir" kimi gülüş doğuran cümlələr yazılır. Söz yox ki, həmin paylaşımların şərh bölməsində sakinlər özləri ürəklərini boşalda biliblər, amma məsələnin daha maraqlı tərəfi bir başqadır. Reklam kompaniyaları davam edərkən, Adil müəllim Sabunçunun "hər qarışından sərvət toplayır".

Həmçinin oxuyun: Maraqlar təmin olunanda qanunsuz iş icraçıları qanun icraçılarını "kor" edə bilir - VİDEO

"dogruxeber.tv" xatırladır ki, rayonun Sabunçu qəsəbəsi Qambay Vəzirov küçəsində, neft şirkətinə məxsus ərazidə, Elşən Mehdiyev küçəsində, Zabrat 1, Balaxanı və digər qəsəbələrində aparılan qanunsuz tikintilərlə bağlı zaman-zaman çoxsaylı məlumatlar dərc etmişik. Həmin ərəfədə isə Sabunçu rayon icra hakimiyyəti başda olmaqla, bütün aidiyyatı qurumlar davam edən qanun pozuntularına əllərini gözlərinə tutaraq, barmaqlarının arasından baxırdılar. Vaxtilə vəzifə məsuliyyəti ilə "pas-pas oynayan" qurumların hamısı olmasa da, bəzisi deyəsən yaz səhərinə gözünü açıb.

Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto

VİDEO: https://vt.tiktok.com/ZSr3nvPHL/

Bir neçə gün əvvəl portalımızda dərc edilən "Sabunçuda qanunsuz tikintilərə kim icazə verib" başlıqlı yazının "dogruxeber.tv" facebook sosial hesabındakı şərh bölməsində sözügedən icra hakimiyyəti adından Gülər Rüstəmova adlı istifadəçi dərhal yazdı ki, "tikintinin aparıldığı ərazi tikinti aparan şəxsin özünə məxsusdur".

Qeyd edək ki, harada işlədiyi, kim olaraq - yəni hansı səlahiyyət sahibi olaraq Sabunçu rayon icra hakimiyyəti adından cavab yazdığı bəlli olmayan bu xanımın cümlələri də ikibaşlı və çaşdırıcı xarakter daşıyır. Söhbət tikintidən getdiyi halda, Gülər xanım torpaq sahəsinin şəxsin özünə məxsus olduğunu deyir. Gəlin məsələyə real yanaşaq, məgər hər kəs öz şəxsi həyətində iki və daha çox mərtəbəli tikinti aparmaqda sərbəstdirmi?

Bəs o, zaman Qaraçuxur qəsəbəsi Əkrəm Cəfərov küçəsinin sakinlərinin mülkiyyət hüquqlarının pozulmasına niyə yerli icra hakimiyyəti birmənalı olaraq dəstək verirdi?

Bəli, kimsəyə sirr deyil ki, yerli sakinlərə qarşı zorbalıq nümayiş etdirərək, onların şəxsi mülkiyyətləri olan torpaq sahələrini əllərindən almağa çalışan MTK-lar bu ixtiyarı birinci növbədə aidiyyatı üzrə icra hakimiyyətlərindən alırlar.

Rayonun "xadavoy" ərazilərini müxtəlif MTK-lar arasında "bölüşdürən" icra başçısının "Sabunçu rayonu üçün göstərdiyi xidmətlər", deyəsən yalnız rayon ərazisində qanuni - qanunsuz işlər aparmaq istəyən iş adamları üçün nəzərdə tutulub. Əlləri qanunlardan və dövlət qurumlarından üzülən siravi vətəndaşlar isə əllərində sənəd media qapılarında çarə axtarırlar.

Binəva Sabunçu sakinləri artıq 13 ildir ki, Adil Vəliyevin rəhbərliyi altında baş verən haqsızlıqlara dözmək məcburiyyətindədirlər.

İndi onları maraqlandıran sual isə budur: nəvaxta qədər?

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Oxunub: 1 066

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər