gundem / sosial / Cəmiyyət
18.08.2025, 17:00
Uşaqlara "rəhmətlik babanın adını qoyaq" – Ad travması yaşayan nəsillər
Adla doğulan yüklər
Ad insanın kimliyidir, amma bəzən bu kimlik başqasından miras alınır. Bir çox Azərbaycan ailəsində dünyaya gələn körpəyə “rəhmətlik babanın adını qoyaq” deyilir. Hiss olunmasa da, bu qərar uşaq üçün təkcə ad deyil, keçmişdən daşınan emosional yükə çevrilir.
“dogruxeber.tv” yazır ki, bəzi uşaqlar öz adlarının arxasındakı insanın taleyini daşımağa məcbur qalır.
Əgər bu ad ailədə böyük bir iz buraxmışsa, uşaq hələ öz şəxsiyyətini formalaşdırmamış, artıq müqayisə ilə yaşayır. “Baban da belə idi”, “baban kimi sakit uşaqdır”, “babanın adını daşıyırsan, diqqətli ol” kimi cümlələr uşağa fərdi azadlıq deyil, görünməz məsuliyyət yükləyir.
“dogruxeber.tv” qeyd edir ki, bu hal bəzi hallarda uşağın özünü ifadə etməsini məhdudlaşdırır, çünki o, öz yox, “kimsə olmuş” biri kimi böyüdülür.
Ad, sadəcə səsli bir çağırış deyil. O, yaddaş daşıyıcısı, ailə emosiyalarının simvolu və bəzən də sağalmamış travmaların təkrar doğuluşudur. Hər körpə öz hekayəsi ilə gəlsin deyə, bəlkə də ona öz adı verilməlidir.


